Azərbaycanda məsafədən təhsilin gedişatı – təhsil ekspertindən qiymətləndirmə

 

Dünyanın bəlasına çevrilən koronavirus həm də şagird və tələbələrin təhsilinə əngəl törətdi. Problemdən çıxış yolu kimi, dərslərin onlayn qaydada davam etdirilməsinə qərar verilib. Bir çox Avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da təlim-tədris prosesinin məsafədən təşkil olunmasına start verilib.

 

Belə ki, Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə "Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb. Platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video dərslər (video.edu.az) portalında yerləşdirilib. Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

Həmçinin orta məktəb şagirdləri üçün martın 11-dən ölkə üzrə bütün siniflər və əksər fənlər üçün teledərslər təşkil edilib, "Virtual məktəb” layihəsinə başlanılıb. "Virtual məktəb" layihəsinin şagirdlərə əsasən özünü qiymətləndirmə alətləri, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və bir sıra digər yeni imkanlar verəcəyi nəzərdə tutulur.

Beləliklə də məsafədən təhsil dedikdə müəllim və tələbə arasındakı əlaqəni telekommunikasiya və komputer şəbəkələri vasitəsilə operativ, müntəzəm dioloq, əks əlaqə əsasında tədris nəzərdə tutulur. Məsafədən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Məsafədən təhsildə informasiyalar tələbələrə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir.
Məsafədən təhsilin texnologiyası iki hissəyə ayrılır: İnteraktiv və interaktiv olmayan. İnteraktivə audio, video, elektron konfranslar, e-mail, online servis, səsli əlaqə və s. daxildir. İnteraktiv olmayana isə çap materialları, televiziya və radio verilişləri, CD və DVD disklər daxildir.

Bəs mütəxəssislər Azərbaycanda olan məsafədən təhsilin gedişini necə dəyərləndirir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb. O deyib ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi:"Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyinin 11 martdan etibarən "Mədəniyyət TV”də "Tele-Dərs” layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi.

Virtual məktəb layihəsi isə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığın təmin olunmasıdır”.

Kamran Əsədov virtual məktəb layihəsinin əhəmiyyətindən danışıb:"Nəzərə alsq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydən düşmə olacaq. Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir”.

Ekspert bu sahədəki mövcud problemləri də şərh edib: "İlk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hal-hazırda yaranmış çətinlikdir. Bundan başqa 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hal-hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi komputer, planşet və telefona sahib deyillər. Sayt qeydiyyat üçün 2 apreldən aktiv edilib. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Buna baxmayaraq qısa müddətdə "Virtual məktəb” portalında 36 min şagird qeydiyyatdan keçib ki, bu sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, "Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Amma təssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb”.

Kamran Əsədov bildirib ki, ali təhsil pilləsində də ciddi çatışmazlılar mövcuddur:"Belə ki, onlar 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər. Maraqlıdır ki, universitetləri akreditasiyadn keçirən şəxs və qurum niyə buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçiblər və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb. Düşünürəm ki, mobil operatorlar və interenet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar. Nəzərə alsaq ki, internet hal-hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa müəyyən qədər şagirdlərin bilik və bacarıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, DİM-in youtube resursları və DİM-in okt.az portalından dövlət sınaqları ilə bilk və bacarıqlarını yoxlamalıdıarlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilərlər. Bunun üçn isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. Real vəziyyət onddan oibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir”.

Ekspert regionlarla bağlı vəziyyətdən də söz açıb:"Regionlarda elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür”.

Kamran Əsədov bildirib ki, mövcud vəziyyət bütün dünyda təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər Azərbaycana aiddir:"Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300