Koronavirus rəqəmsal iqtisadiyyatı sürətləndirəcək – ekspert rəyi

 

"Lakin onlayn iqtisadiyyat hər nə qədər cəlbedici olsa da, onun inkişafının müəyyən sərhədləri var”

 

Koronavirus pandemiyası nağdsız ödənişlər, elektron və rəqəmsal iqtisadiyyat, valyuta proseslərini yenidən gündəmə gətirib. Sözsüz ki, müasir dövrdə elektron ödənişlər getdikcə artır.

Lakin bəzilərinin fikrincə, infeksiyanın yayılmasından sonra rəqəmsal iqtisadiyyat prosesi daha da sürətlənəcək.

Sözsüz ki, Azərbaycanda da xüsusilə rabitə və kommunal xidmətlər üzrə internet vasitəsilə aparılan nağdsız ödənişlərin sayı aydan-aya artır.

Amma, hələlik nağdsız ödənişlərlə bağlı vəziyyət istənilən səviyyədə deyil. Burada maneəçilik yaradan səbəblərdən biri də banklarla bağlıdır.

Belə ki, respublikada elektron ticarətin inkişafı üçün kartlardan geniş istifadə edilmir. Hazırda dünya ölkələri yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər.

Mütəxəssislərin proqnozlarına görə, koronavirus epidemiyası səngiyəndən sonra da rəqəmsal iqtisadiyyat sürətlənəcək.

Texnoloji tərəqqi dünya üzrə müxtəlif regionlarda fərqli səviyyədə olduğundan dövlətlər də rəqəmsallaşma üzrə fərqli inkişaf səviyyəsinə sahibdirlər və ümumilikdə bir neçə qrupa bölünürlər.

Belə ki, ölkələr rəqəmsallaşma üzrə liderlər, əsas qrup, geri qalanlar, yeni başlayan liderlər və rəqəmsallaşmada ötmə səviyyəsində olan dövlətlər kimi təsnif olunurlar.

Əgər Cənubi Koreya, Danimarka, Böyük Britaniya, İsveçrə və Çin kimi dövlətlər liderlər kateqoriyasına, Almaniya, ABŞ, Yaponiya, Hindistan, Avropa İttifaqı ölkələri əsas qrupa daxildirlərsə, digər dövlətlər müvafiq olaraq geri qalanlar, yeni başlayan liderlər və rəqəmsallaşmada ötmə səviyyəsində olanlar kateqoriyasında aiddirlər.

Bu mövzuda Musavat.com-a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada rəqəmsal (digital) iqisadiyyata keçidlə bağlı trend çoxdan başlamışdı.

İqtisadçının fikrincə, dünya iqtisadiyyatında son 5 ildə "Sənaye 4.0” inqilabı sürətlənmişdi:"Virusla bağlı rəqəmsal texnologiyaların sürətlənməsinə yeni fürsətlər, imkanlar daha da açılacaq. Lakin onlayn iqtisadiyyat hər nə qədər cəlbedici olsa da, onun inkişafının müəyyən sərhədləri var.

Obrazlı desək, insan yenə ev tikməli, taxıl əkməli, mal-qara saxlamalıdır. Əlbəttə, aqrar sektora da müasir texnologiyaların təsiri var.

Sadəcə, rəqəmsallıq nə qədər yüksək olsa da, real iqtisadi proseslər öz axarında gedəcək”.

N.Cəfərlinin sözlərinə görə, elektron pulların dövriyyəsinin artması, nağdsız ödənişlərin həcminin genişlənməsi gözlənilir:"Dünyada onsuz da bu proses gedirdi. Avstraliya və Yeni Zellandiyada ticarətin 94 faizi nağdsız elekton qaydada aparılırdı.

İndisə daha təhlükəsiz, asan ödəniş sistemi, elektron cüzdanlar, mobil və internet xidmətlərinin çeşidi genişlənə bilər.

Amma "Bitcoin” və başqa "digital” pulların gələcəyi parlaq görünmür. Çünki bunlar riskli yatırımlardır və tez-tez qiymətləri dəyişir”.

Ekspert btövlükdə dünyada rəqəmsal iqtisadiyyatın inkişaf edəcəyi qənaətindədir:"Dediyim kimi, müəyyən sərhədlər olacaq. Amma koronavirus rəqəmsal iqtisadiyyatı sürətləndirəcək”.

Emil Salamoğlu
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300