İrlandiyanın baş naziri koronavirusa yoluxanları müalicə edəcək

 

İrlandiyanın baş naziri Leo Varadkar koronavirusun qarşısının alınması məqsədilə həkim kimi işə başlayacaq.

"Report” "The Guardian”a istinadən xəbər verir ki, bu barədə baş nazirin nümayəndəsi məlumat verib.

Bildirilib ki, Leo Varadkar həftədə bir gün İrlandiyanın Səhiyyə Xidmətində əməkdaş kimi işləyəcək.

"Onun ailə üzvlərinin bir çoxu və dostları səhiyyə sahəsində işləyir. Baş nazir onlara bu sayaq yardım etmək istəyir”-, hökumət başçısının köməkçisi bildirib.

Leo Varadkarın bu addımı atmasına səbəb İrlandiya xəstəxanalarında koronavirusa yoluxanları müalicə edən həkimlərin çatışmazlığıdır.

Məlumata görə, 41 yaşlı baş nazir ölkə paytaxı Dublində xəstəxanalardan birində kiçik həkim işləyib və 2010-cu ildə ümumi praktikada ixtisaslı həkim diplomu alıb. Bir neçə ildən sonra işini ataraq siyasətə məşğul olmağa başlayıb.

Son məlumata əsasən, İrlandiyada 4 994 nəfər virusa yoluxub, 158 nəfər ölüb, 158 nəfər isə sağalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300