"Yuventus" koronavirusa görə Ronaldunu sata bilər

 

İtaliya təmsilçisi "Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştianu Ronaldunu sata bilər.

"Report” "Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdır.

Portuqaliyalı oyunçu hazırda "Yuventus”dan ildə 31 milyon avro qazanır.

Bildirilib ki, problemi həll etməyin yolu Ronaldunu başqa kluba satmaqdır. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Ronaldu bu mövsüm "Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300