Arif Alışanovun Məmməd İsmayıldan qisasının MÜDHİŞ SİRRİ
Bir neçə gün öncə görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub. 

İntizar İsmayıl demişdi ki, işdən çıxarılmasına səbəb atasının Moderator.az-a AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan - Məmməd İsmayılın "mühasibdən televiziya rəhbəri olmaz" fikrindən sonra İntizar İsmayılla bağlanan müqaviləyə xitam verilib. 

Moderator.az Məmməd İsmayılın qızının işdən çıxarılması ilə başqa maraqlı məlumatlar da əldə edib. 

Məmməd İsmayıl Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri olanda Arif Alışanov və onun çevrəsindəki bir çox məsul şəxslə bağlı Bakı şəhər Prokurorluğuna rəsmi qaydada müraciət edib. Maliyyə fırıldaqlarından şübhələnən rəhbərliyin haqlı olduğunu prokurorluq da təsdiqləyib. Onların ciddi maliyyə maxinasiyalarını ortaya çıxarıb. Amma Arif Alışanov və çevrəsinin bəxti onda gətirib ki, Elçibəy hakimiyyəti devrilib. 

Türməyə yollanmaq ərəfəsində olan Arif Alışanovun isə əl-qolu açılıb, o nəinki məhbus həyatı yaşayıb, hətta teleşirkətin sədri kreoslosuna qədər yüksələ bilib. 

Beləliklə də Arif Alışanovun qisas əməliyyatı başlayıb. 

Əvvəlcə Məmməd İsmayılın televiziyanın və radionun Qızıl Fondunda saxlanılan səs yazıları silinib. Amma bununla da ürəkləri soyumayıb. Məmməd İsmayılın tənqidi fikirlərini bəhanə gətirərək qızını İTV-dəki vəzifəsindən çıxarıblar.

Qeyd edək ki, indiyədək Arif Alışanovun İTV-nin kadr və maliyyə məsələlərini də idarə etməsi haqqında dəfələrlə yazılıb. İntizar İsmayılın işdən çıxarılması bu məlumatların təsdiqi sayıla bilər. 

Maraqlıdır ki, Qulu Məhərrəmlinin Arif Alışanovu ciddi tənqid etməsindən sonra ona həsr olunmuş 2 saat 44 dəqiqəlik "ifşa” videosunda AzTV-nin əməkdaşları ilə yanaşı, İTV-nin çox sayda əməkdaşı da çıxış edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300