Sürücülərə yazılan bütün cərimələr sıfırlanıb?
Son günlər bəzi sürücülər elektron sistemdə cərimələri yoxlayarkən, asanpay.az saytında cərimələrlə tanış olarkən maraqlı mənzərə ilə üzləşirlər.

Avtosfer.az  xəbər verir ki, sistemdə sürücüyə yazılan cərimə, tarix və inzibati protokolun nömrəsi qeyd olunsa da, cərimə məbləği 0.0 manat kimi göstərilir. Bəzi sürücülər bunu cərimənin yalnış tətbiq edilməsi, bəziləri isə cərimənin silinməsi kimi qəbul edərək sevinirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məsələ ilə bağlı açıqlama verərək bildirib ki, heç kimin cəriməsi silinməyib və yalnış yazılan cərimələrdən də söhbət gedə bilməz.

Sistemdə cərimələrin sıfırlanması isə texniki məsələdir: "Bildiyiniz kimi, yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilib və Dövlət Yol Polisi bəzi inzibati xətalara görə də elektron protokollar tərtib etməlidir. Bundan əlavə, tərtib edilmiş bütün elektron protokollar sürücülərin elektron kabinetinə, yəni asan ödəniş sisteminə yönləndirilməlidir.

Bu səbəbdən də hazırda Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemində müəyyən texniki işlər həyata keçirilir. Sistem elə qurulmalıdır ki, cərimələr elektron kabinetə yerləşdirilərkən yalnışlıq olmasın, gələcəkdə hansısa problem ortaya çıxmasın. Bu səbəbdən də sürücülərə tövsiyə edirik ki, gözləsinlər, sistem tam hazır olduqdan sonra bütün cərimələr olduğu kimi görünəcək və cərimə məbləği də əksini tapacaq".

K. Əliyev qeyd edib ki, sistemdə yenidənqurma işləri yaxın günlərdə başa çatacaq və sürücülərə əlavə məlumat veriləcək. Hər hansı anlaşılmazlıq olarsa, sürücülər Dövlət Yol Polisi İdarəsinin 902 "qaynar xətt"inə zəng edə bilərlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300