Türkmənistanda kütləvi şəkildə Novruz Bayramı qeyd edilir
Türkmənistan bölgədəki qonşulardan fərqli olaraq, koronavirusa baxmayaraq Novruz Bayramını kütləvi tədbirlərlə qeyd etməkdən imtina etməyib.Uluyol.az "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iki gün, martın 21-22-də Türkmənistanda bayram şənlikləri keçirilir.
Bu gün, şənliklərdə prezident Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Ölkənin hər yerində kütləvi ağacəkmə aksiyası keçirilir.
21 Martda Aşqabad yaxınlığındakı Novruz Vadisində də şənliklər başlayıb.