Ərdoğan Türkiyə ordusunun İdlibdə şəhidlərinin sayını açıqlayıb

 

Son bir ayda Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 59 hərbçisi şəhid olub.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Türkiyənin Qəhrəman Qadınları” konfransında çıxışında bildirib.

R. T. Ərdoğan deyib ki, İdlibdə "Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin 3400 əsgəri zərərsizləşdirilib.

Türkiyə Prezidenti onu da nəzərə çatdırıb ki, Suriyada 9 ildir davam edən münaqişə nəticəsində 1 milyondan çox insan həyatının itirib ki, onların da çoxu qadın və uşaqlardır.

Qeyd edək ki, martın 5-də Moskvada R. T. Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüşdə İdlibdə atəşkəs barədə razılıq əldə edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300