237266

Prezident İlham Əliyev son iki gündə 4 icra başçısı ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı Mahmud Quliyevi Cəbrayıl, Akif Səlimovu Laçın, Tahir Kərimovu Salyan, Sevindik Hətəmovu Yardımlı rayonun icra başçısı vəzifəsindən azad edib. Sonuncu digər sərəncamla Salyana başçı təyin edilib, digər üçü işsiz qalıb.

İşsiz qalan icra başçıları son dövrlər adları daha çox qalmaqallarla gündəmə gələndərdir. Mahmud Quliyev bu ilin yanvar ayında Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə gündəmə gəlmişdi. O, toplaşaraq şikayətlərini bildirmək istəyən bir qrup şəxsi aşağılamış və hətta söymüşdü. Sabiq icra başçısı sonradan bu məsələ ilə bağlı verdiyi açıqlamada söyüşləri öz qohumuna qarşı işlətdiyini bildirmişdi: "Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar”.

Akif Səlimovun da barəsində mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Rayon sakinləri mediaya üz tutaraq onların şikayətlərini araşdırmaq və təbdir görmək əvəzinə sabiq icra başçısının tamam fərqli yol tutduğunu qeyd ediblər. Səlimov sakinlərin problemlərini qabartmağa çalışan mətbuat nümayəndələrinə hətta pul təklif etməkdən də çəkinməyib.

Tahir Kərimov isə gül bayramında çəkdirdiyi güllü-çiçəkli fotosuna qurban getdi. Belə ki, onun başının üstündə tutulan gül çələnglərinin altından keçidi sırasında çəkilmiş şəkili günlərlə müzakirə mövzusu olsuş, icra başçısının özünü xan kimi hiss etdiyi deyilmişdi.

Qaynar.info xəbər verir ki, daha bir icra başçısı şəkilinin qurbanı olacaq. Belə ki, bu günlərdə Zərdabın icra başçısı Lütfəli Babayevin bir toyda çəkilmiş fotosu yayımlanıb. Bu şəkil ölkə mediasında dərc olunub. Etik normalara uyğun görmədiyimiz üçün həmin fotonu yayımlamırıq. Amma Lütfəli Babayevin bu şəkilə görə yaxın günlərdə işsiz qalacağı dəqiqdir.

Qaynar.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300