İnsan niyə evlənməlidir?   

 

Evlilik – insan həyatında baş verən ən gözəl hadisələrdən biridir. Evliliyin maddi faydaları olduğu kimi, mənəvi faydaları da vardır. Onlarla tanış olaq:

 

1. Həzrət Peyğəmbərin (s) sünnətinin ardıcılı olmaq. Bəndə o kəsdir ki, Allaha və Onun peyğəmbərinə (s), Əhli-Beytə (ə) itaət edər. Hər kim Peyğəmbərə (s) itaət edərsə, əslində Allaha itaət etmiş olar. Ona görə də evli insan çalışar ki, Peyğəmbər (s) sünnətinə əməl etsin və Allaha yaxın olsun.

 

2. Dünya və axirət işlərində birlikdə olmaq. Evli olan cütlər bir-biri üçün mənəvi nərdivandırlar ki, onunla daha uca dərəcələrə çata bilərlər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəsə ki, Allah şükür edən qəlb, Allahı zikrlə məşğul olan dil və imanlı həyat yoldaşı verərsə – dünya və axirətin yaxşılığını ona vermiş olur və atəşin əzabı ondan götürülər”.

 

3. Axirətdə mükafata çatar. İmam Əli (ə) buyurur:"Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır”.

Başqa hədisdə oxuyuruq: "Öz xanımına xidmət etməz, məgər o kəsdən başqa ki, siddiq olar, şəhid olar və ya o kişi olar ki, Allah onun üçün dünya və axirət xeyirini istəmişdir”.

 

4. Dinin yarısını qoruyar. Həzrət Peyğəmbər (s) buyurur:"Nə zaman bəndə evlənsə, dinin yarısını kamil etmiş olar. Qalan yarısı üçün isə təqvalı olmalıdır”. (Hədənə)

 

Allah Təala cəmi subaylara layiqli həyat yoldaşı nəsib etsin!

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300