e85f6e61-4f35-465b-add5-1d7e7dd43089

Neftçala rayon 6-cı məhəllə sakini Qardaşov Zaur Əhədağa oğlu qarşılaşdığı haqsızlıqlarla bağlı Azərbaycan Respublikasınnın Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.Nia.az həmən  müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırır:

Möhtərəm Cənab Prezident! Zati-Aliləri

06.07.2015-ci il tarixli ilk ərizə ilə Sizə müraciət edərək 2009-cu ilin əvvəlində fiziki şəxs olaraq mənimlə ARDNŞ-nin Geologiya və Geofizika idarəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən mülkiyyətçisi olduğum biri taxta, digəri "Amur-1” tipli dəmir qayıqların və qayıqlar üçün müvafiq olaraq taxta qayıq üçün "YAMAHA-55”, dəmir qayıq üçün isə "YAMAHA-75” markalı qayıq mühərriklərinin bu idarə tərəfindən istismara götürülməsi, 2013-cü ildə müqavilənin müddəti bitdikdən sonra bu idarənin rəisi Vaqif Abdullayevin göstərişi ilə sözügedən qayıqları və mühərriklərin GGİ-nin Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Bahar ekspediyasının ərazisində məsul şəxslərə təhvil verərək aramızda yeni icarə müqaviləsinin bağlanılacağını gözlədiyimi, nəhayət 23.06.2015-ci il tarixdə idarənin rəisi Vaqif Abdullayevə müraciət etdiyimi, onun məsləhəti ilə "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun (050) 200-09-03 GSM nömrəsinə zəng vuraraq onun tərəfindən qanunsuz olaraq aparılmış qayıqlarımın və mühərriklərimin qaytarılmasını tələb etdiyimi bildirmişdim. Eyni zamanda bildirmişdim ki, Faiq Hüseynov tərəfindən haqsızlığa uğradığını bilən çox sayda insanlar onun elə bir hərəkətləri haqda məlumatlar veriblər ki, mənim başıma gətirdikləri bunların yanında problem olmaqdan çıxırdı.

2009-cu ildən 2013-cü ilə qədər olan müqavilə dövründə mənim Zaminbankda hesabıma köçən pulu Faiq Hüseynova ya da ki Elnur adlı işçisinə verirdim. Və o mənə maaş verirdi. Hər ay 15000 -25000 AZN pul köçürdü. Xahiş edirəm aidiyyati dövlət orqanları tərəfindən bununla bağlı bir ölçü götürülsün. Mən ondan pulumu və müqaviləylə verdiyim 2 ədəd qayığımı və 2 ədəd "Yamaha” tipli mühərriklərinin qaytarılmasında köməklik edəsiniz. Bütün sənədlər idarənin arxivində var.

Müraciətimdə onu da bildirmişdim ki, müvafiq orqanlar maraqlansalar məndə olan məlumatları onlara verməyə hazıram.

Möhtərəm Cənab Prezident! Zati-Aliləri

Bununla bağlı Milli Təhlükəsizlik və digər qurumlara da müraciət etmişdim. Müraciətimə Milli Təhlükəsizlik Nazirliyindən verilmiş cavabda göstərilirdi ki, məktubum baxılması üçün Daxili İşlər Nazirliyinə ünvanlanıb. Baş Prokurorluqdan verilən cavabda isə göstərilirdi ki, müraciətin baxılması üçün ARDNŞ-nin aparatına göndərilib. Daxili İşlər Nazirliyindən isə bildirilirdi ki,müraciətim aidiyyati üzrə baxılıb tədbir görülməsi üçün Neftçala rayon Polis Şöbəsinə göndərilib?!. Halbuki müraciətimdə göstərilənlərlə Neftçala rayon Polis şöbəsinin heç bir əlaqəsinin olmaması nə Neftçala RPŞ-nin bu işlə bağlı konkret heç bir əməli addım ata bilməmyəcəyi gün kimi aydındır. Müraciətimə ən maraqlı cavabı ARDNŞ-nin GGİ-in rəisi cənab Vaqif Abdullayev vermişdir. Cənab V. Abdullayevin bildirdiyinə görə həmin (yəni mənə məxsus qayıq və mühərriklərin) kiçik həcmli qayıqların müvafiq ərazidən (yəni Hövsan qəsəbəsindəki Bahar ekspediyasının ərazisindən) götürülməsinə hər-hansı məhdudiyyət yoxdur?! Bu dəfə də cənab V. Abdullayevin sözünə inanıb əraziyə getdim. Burada aydın oldu ki, bazar bugünki qiyməti ilə 20000 (iyirmi min) manat olan əmlakımı yararsız vəziyyətə salıb, zibilliyə atılan kimi əraziyə atıblar. Əmlakı bu vəziyyətdə görüb onu qəbul etməkdən imtina etdim. O vaxtdan bəri məni heç kimsə arayıb axtarmasa da cənab Vaqif Abdullayev cavab məktubunda göstərirdi ki, müraciətimdə qeyd etdiyim faktlar öz təsdiqini tapmamışdır. Lakin burada "öz təsdiqini tapmayan” faktların kimin tərəfindən və necə araşdırılması haqda, eləcə də bu "araşdırmanın” iştirakım olmadan necə aparılması barədə heç bir məlumat yoxdur.

Möhtərəm Cənab Prezident! Zati-Aliləri

Bir daha təkrar olaraq Sizə müraciət edərək mənə köməklik göstərilməsinə, ARDNŞ-nin Geologiya və Geofizika idarəsi tərəfindən qanunsuz saxlanan əmlakımın qaytarılmasına yardımçı olmanızı sizdən xahiş edirəm.

Dərin hörmətlə: Qardaşov Zaur Əhədağa oğlu

 

Nia.az  

Bəhruz Əliyev


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300