İlk dəfə tədavül müddəti 5 il olan dövlət istiqrazları emissiya edilib

 

28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında uğurla yerləşdirilib.

Hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50.5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101.36 (gəlirlilik 8.16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300