Müsavat Partiyasının başqanı Arif Hacılı Novella Cəfəroğlunu yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli Novella xanım!

Sizi yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Siz, Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin fəal nümayəndələrindən biri olaraq, bu hərəkatın amallarına və onun lideri Əbülfəz Elçibəyə sonsuz sədaqəti ilə tanınan şəxslərdənsiniz.

2003-cü il Prezident seçkilərindən sonrakı günlərdə Müsavat Partiyasına qarşı repressiyalar zamanı Siz "Rəsulzadə-Elçibəy” fraksiyasının üzvləri ilə birlikdə Müsavat Partiyasına üzv qəbul olunaraq, cəsarət nümunəsi göstərdiniz. Uzun illər partiya Məclisinin üzvü kimi müsavatçılıq ideyalarının təbliğində və yayılmasında yorulmadan fəaliyyət göstərmisiniz.

D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri kimi fəaliyyətiniz beynəlxalq təşkilatlar tərəfindən "Marşall” mükafatına layiq görülməyinizə səbəb olub.

Siz müxalifətin və Müsavat Partiyasının keçirdiyi etiraz aksiyaları və tədbirlərində fəal iştirakçı olmusunuz.

Fəaliyyətiniz dövründə dəfələrlə təqib və təzyiqlərlə üzləşsəniz də hər zaman insan haqları uğrunda fəaliyyətinizi davam etdirmisiniz.

Siz həm də mehriban, qayğıkeş həyat yoldaşı, ana və nənəsiniz. Siz övladlarınız və ailə üzvlərinizlə fəxr etdiyiniz kimi, onlar da  hər zaman Sizinlə qürur hissi keçirərək, Sizin kimi bir insanın övladı olmağı ilə fəxr edirlər.

Hörmətli Novella xanım!

Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizə yolunda uğurlar arzulayıram”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300