unnamed (23)Martın 7-də Xalqxeber.Az saytının 4 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 4 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Kərbəlayi Peyman Sadıqovun rəhbərlik etdiyi sayt artıq təkcə dindar kəsimin deyil, bütövlükdə cəmiyyətin xəbər tələbatını qarşılamağa iddialı bir sayta çevrilib.
2012-ci ildə başlayanda peşəkarlardan ibarət komandası olmayan Xalqxeber.Az indi peşəkar xəbər portalları ilə bir sıradadır. Xalqxeber.Az-ın qurucusu və baş redaktoru Peyman Sadıqov deyir ki, sayt cəmiyyətdə, mediada boşluq olan dövrdə meydana çıxıb: "Hər şey elə Allahın izni ilə başladı”. Bu gün artıq 4 il keçib və biz bu ötən müddətlə bağlı təhlillər aparırdıq. Sual elə bu idi: bu, necə oldu meydana çıxdı? Yaxşı xatırlayıram, 2012-ci ilin bir repressiv ab-havası vardı. Kərbəlayi Peyman deyir ki, Xalqxeber.Az yaranan zaman ölkədə xüsusən də dindar kəsimin problemlərini gündəmə gətirən, işıqlandıran media orqanı çox az idi: "Olan xəbər resursları bir tərəfdən inanclı insanların qayğılarını, vəziyyətini tam hiss etmir, bundan əlavə olaraq gerçəkdən ölkədə olan çoxsaylı problemlərin içində inanclıların məsələsi mühüm məsələlərin biri və ya neçəncisi kimi ortaya qoyulurdu. Belə bir dönəmdə Xalqxeber.Az-ın meydana çıxması gündəmə gəldi. Yeni bir xəbər resursunu meydana çıxarmaq qərarına gəldik. Peyman Sadıqov "Xalqxeber.Az”ın sosial problemi olan insanların müraciət etdiyi bir mərkəzə çevrildiyi qənaətindədir. Baş redaktor başqa layihələrinin, internet TV yaradılması və inkişafı kimi planların olduğunu deyir: "Xalqxeber.Az bu ölkədə dəyərlərə sahib olan hər kəsin tribunasına çevrildi. Bu gün artıq on minlərlə izləyicimiz, xitab etdiyimiz insanlar var. Qısa desək, Xalqxeber.Az hər bir problemi olan insanın gün ərzində bir neçə dəfə baş vurmalı olduğu bir internet resursuna çevrilib. Digər portallardan fərqli olaraq reklam bazamız yoxdur. Biz bununla göstərdik ki, populyarlıq heç də özünü sosial şəbəkələrdə reklam etməkdən keçmir. Artıq bu gün Xalqxeber.Az-ın xəbər istehsal edən, toplayan yaradıcı kollektivi var. Halal, doğru, Allahın bəyəndiyi yolla gedirik. Bu həm də Xalqxeber.Az-da çalışan insanların bu işə bir bəndəlik vəzifəsi kimi baxmasından asılı oldu".

Peyman Sadıqov

Xalqxeber.Az 055-476-87-87 xalqxeber@mail.ru
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300