Avropa Liqasının 1/16 finalının səbətləri dəqiqləşib

 

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, dekabrın 16-da baş tutacaq püşkatma mərasimində 32 iştirakçı komanda 16 cüt təşkil edəcək.

Püşkdən öncə iştirakçılar iki səbətə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlərdən olub. Çempionlar Liqasından gələn 8 komanda reytinqinə görə bu səbətlərə bölünüb. Onlardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlərə daxil edilib.

 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səpələnmişlər

"Ayaks” (Hollandiya)*
"Arsenal” (İngiltərə)
"Bazel” (İsveçrə)
"Benfika” (Portuqaliya)*
"Braqa” (Portuqaliya)
"Espanyol” (İspaniya)
"Gent” (Belçika)
"İnter” (İtaliya)*
"Başakşəhər” (Türkiyə)
LASK (Avstriya)
"Malmö” (İsveç)
"Mançester Yunayted” (İngiltərə)
"Porto” (Portuqaliya)
"Sevilya” (İspaniya)
"Zalsburq” (Avstriya)*
"Seltik” (Şotlandiya)

Səpələnməmişlər

APOEL (Kipr)
"Alkmaar” (Hollandiya)
"Bayer” (Almaniya)*
"Ayntraxt” (Almaniya)
ÇFR (Rumıniya)
"Brügge” (Belçika)*
"Kopenhagen” (Danimarka)
"Xetafe” (İspaniya)
"Lüdoqorets” (Bolqarıstan)
"Olimpiakos” (Yunanıstan)*
"Reyncers” (Şotlandiya)
"Roma” (İtaliya)
"Şaxtyor” (Ukrayna)
"Sportinq” (Portuqaliya)
"Volfsburq” (Almaniya)
"Vulverhempton” (İngiltərə)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300