Afrikada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdüyü prezidentə maraqlı ad günü hədiyyəsi edib. ANS PRESS-in məlumatına görə, Qvineyada olan Ərdoğan prezidentlə görüşündən sonra Alfa Konde ilə birlikdə mətbuat konfransı keçirib.

Jurnalistlər qarşısında çıxış edən Ərdoğan sabah həmkarının doğum günü olduğunu xatırladıb və ona sürpriz edib. Türkiyə prezidenti İstanbul Böyükşəhər Bələdiyyəsinin Qvineya paytaxtı Konakriyə 50 ədəd avtobus hədiyyə etdiyini açıqlayıb. Avtobuslar ehtiyat hissələri ilə birlikdə veriləcək. Bundan əlavə İstanbuldan gələcək texniki heyət afrikalılara təlimlər keçəcək. "Bu gün hörmətli prezidentin ad günüdür. Mən də doğum günü müjdəsini vermək istəyirəm. İstanbul Bələdiyyəsi sizə 50 avtobus bağışlayır. Biz də "xeyirli olsun” deyirik”.

Prezidentin hədiyyə açıqlaması salonda hamını ayaqüstə qaldırıb. Salondakılar bu açıqlamanı gurultulu alqışlarla qarşılayıblar. Prezident A.Konde də maraqlı reaksiya verib. Ayaqüstə sürprizi dinləyən prezident Ərdoğanı möhkəm qucaqlayıb.

Türkiyə prezidentinin Afrika səfəri fevralın 28-də başlayıb. Bir neçə gün davam edən səfər zamanı o bir neçə ölkədə olub. Məqsəd Afrika ölkələri ilə əlaqələri daha da inkişaf etdirmək olub. Bu səfər zamanı prezidenti birinci xanım Əminə Ərdoğan ilə yanaşı, nazirlər də müşayiət edib.

Onların arasında xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Mustafa Elitaş, müdafiə naziri İsmet Yılmaz və başqaları da olub.

Ərdoğanın səfəri bu gecə başa çatıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300