Gürcü xalqı küçələrə çıxdı – Saakaşvilidən dəstək

 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstan müxalifətinin ölkədə növbədənkənar seçki keçirilməsi ilə bağlı tələbini dəstəkləyib.

Axar.az xəbər verir ki, Saakaşvili bunu "Pirveli” televiziyasına müsahibəsində deyib.

"Gürcüstan müxalifətinin tələblərini alqışlayıram. Bu prosesə aktiv şəkildə qoşulacağam. Gürcüstanı xilas etmək lazımdır. Mənim heç vaxt olmayan qədər ümidim var. Biz gərək Gürcüstan dövlətçiliyini və müstəqilliyini xilas edək, ambisiyalarımızı kənara qoyub, gürcü xalqını dəstəkləməliyik”, – deyə o bildirib.

Saakaşvili öz Feysbuk səhifəsində isə Bidzina İvanişvilini seçiciləri və siyasi partiyaları aldatmaqda ittiham edib:

"Gözlənildiyi kimi İvanişvili hər kəsi aldatdı. Bu rejimin heç bir legitimliyi yoxdur, hər şey bizdən asılıdır. Güc birlikdədir, bizdə hər şey alınacaq”.

Qeyd edək ki, Gürcüstan parlamentində seçki qanunvericiliyinə Konstitusiya düzəlişi ilə bağlı səsvermə baş tutub. Səsvermədə düzəlişin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan 113 səsdən cəmi 101-ni toplamaq mümkün olub. Xüsusilə, Gürcü Arzusu Partiyasının deputatlarının bir qismi səsvermədə iştirakdan imtina edib, bəziləri ilə qanun layihəsinin əleyhinə səs veriblər.

Dünəndən etibarən isə gürcü müxalifəti Tiflisdə parlament binasının qarşısında etiraz aksiyalarına başlayıb. Etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar qurublar. Yolu açmağa çalışan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300