"Məni Azərbaycan xalqının önündə dizim üstə güllələyin "– Erməni hərbçi26 fevral gecəsi 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkməəsgəri  Xocalıya hücum etməkdən imtina edib.

Vasili Stardiyan Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat  yolu ilə çıxarıb vəAvropa, ABŞ-a satıb. Stardiyan Rzaoğluna etiraf edib ki, o körpələr hər gecə onun yuxusuna girir. Yaşayan bir ölü olduğunu etiraf edən Stardiyan Azərbaycan KİV-inə müsahibə verib hər şeyi danışmağa hazır olduğunu deyib.

Fransada qondarma "erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu Xocalı faciəsi ilə bağlı maraqlı detalları açıqlayıb.

Strateq.az bildirir ki, jurnalist "hocalıhaber” saytına müsahibəsində bildirib ki, Xocalı qətliamında iştirak etmiş bir sıra erməni hərbçiləri  KİV-ə danışmağa hazırdılar.

Əli Rzaoğlu  bildirib ki, "Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında 34 erməni hərbçisinin xatirələrini təqdim edir. O, törətdikləri vəhşiliyə görə bəzilərinin hətta peşiman olduğunu bildirir: "Bu mövzu hər zaman diqqətimi çəkib. Babalarım 1918-ci ildə Gədəbəydə ermənilərin vəhşiliyinə qarşı döyüşüb. Universitet illərimdən hərbi olayları araşdırmağı qarşıma məqsəd qoymuşdum. Konfransların birində Sürəyya adlı ermənicə danışan qadınla tanışlığımız bu arzularımın həyata keçməsinə rəvac verdi. Çünki bu qadın fərqli şeylər danışırdı”.

Əli Rzaoğlu ilk olaraq Xocalıya basqın etmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının soyqırımda iştirak etmiş əsgər və komandirlərinin siyahısını araşdırıb. Bu zaman o, aşkar edib ki, divizyada qulluq edən  Valeri Ciciyan adlı erməni komandir 36 min dollar pulu rüşvət verərək rusları satın alıb. Xocalı soyqırımından sonra ermənilər ruslara yenə də pul ödəyiblər.

Araşdırmaçının sözlərinə görə, Fransa arxivlərində ermənilərin  vəhşiliyini  təsdiq edən çoxlu sayda materiallar var: "Lakin bu arxivlərin qapısı bütün türklərin üzünə bağlıdır. Kilsənin erməni diasporuna yazdığı məktublarda Qarabağda axıdılan erməni əsgərinin hər damla qanı üçün edilən dualar var. Kilsədən yazılan məktublarda ermənilərə "Qarabağı tam təmizləyin” deyə bir mesaj da qeyd olunub.  Yəni, kilsə "Qarabağda uşaqdan  tutumuş böyüyə qədər azərbaycanlıları qırın” tələbi qoyur”.

Əli Rzaoğlu bildirib ki, 90-cı illərin əvvələrində Fransa həbsxanalarında olan 400 erməni terrorçusu naməlum səbəblərdən azadlığa buraxılıb. Onlara dərhal Fransanı tərk etmək əmr olunub. Sonradan onların hamısı Qarabağda üzə çıxdı: "Qarabağ müharibəsindən sonra da bu terrorçuların 20 nəfəri yenidən Fransaya qayıdıb və burada yaşayırlar. Onlar mənimlə görüşməkdən qaçdılar”.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300