"Cennet mahallesi”nin Pembesi Bakıda – Fotolar
Show TV-də yayımlanan "Cennet mahallesi” ilə ulduzu parıldayan aktrisa Melek Baykal Azərbaycana gəlib.
Musavat.com xəbər verir ki, M. Baykalın Bakıya gəlmə səbəbi "Məlahətli söhbətlər” layihəsidir.
Fenomen serialda Pembe obrazını canlandıran aktrisa AzTV-də yayımlanan proqramın çəkilişlərində iştirak edib.
O, Azərbaycanı sevməsindən və mədəniyyətimizə vurğunluğundan bəhs edib.