Abşeronda piyadanı vuran sürücünün məhkəməsi başlayır

 

Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Akşin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən "Bağlar” yaşayış massivində qeydə alınıb. Yolun piyadalar üçün müəyyən edilməmiş hissədən keçməyə çalışan 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızı avtomobillə vurulub. O, dərhal 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Avtomobilin sürücüsü A.Ağayevə Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300