"Lavrov İrəvanda Qarabağı müzakirə edəcək"-Zaxarova

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq.

Eurasia Diary-nin məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər zamanı Rusiya XİN başçısı Ermənistan Baş Naziri Nikol Paşinyan və ölkə prezidenti ilə görüşəcək: "Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla da danışıqlar aparacaq. 2020-2021-ci illər üçün Rusiya və Ermənistan XİN arasında məsləhətləşmər keçiriləcək"

M. Zaxarova Rusiya XİN başçısının Ermənistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında münasibətlər, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacağını söyləyib: "Lavrovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq".(apa)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300