Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb? - ŞOK İDDİA
Deputat Hacı Salayevin oğlu Kənan Salayev haqqında qalmaqallı xəbər yayaılıb. Uluyol.info azfakt.com-a istinadən xəbər verir ki, deputatın oğlu atasına məxsus "Lake Palace" otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. 

Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur və "Bakı kübarları”na aid olmayan heç kəs qumar masasına buraxılmır. Mənbə bildirir ki, əslində gecə saatlarında "Lake Palace" otelində qumar oynayan gənclər Kənan Salayevin dostları və tanıdıqlarıdır. Kənan Salayevin isə çoxdan Bakının gecə həyatında iz qoyan gənclərdən biri olduğu bildirilir.

Kənan Salayev

Mənbə bildirir ki, "Lake Palace" otelindəki qumar masalarını Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. Buna baxmayaraq Ayazın özünün də masada qumar oynadığı və bəxtinin də tez-tez gətirmədiyi idda olunur. Buna misal olaraq mənbə bildirir ki, fevral ayında Ayaz Aynar Məmmədova 30 min manat uduzub. 

"Lake Palace" oteli

Mənbə həmçinin onu da qeyd edir ki, Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə "Lake Palace" otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin "Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir. Mənbə biddia edir ki, Ayaz adlı şəxs Kənan Salayevin ona olan hədsiz inamından istifadə edərək "Xəzər” çörək zavodunun gəlirlərini həm özünün, həm də Kənan Salayevin əyləncələrinə sərf edir. 

"Kənan Salayev vaxtının çoxunu xaricdə keçirdiyi üçün Ayaz rahatlıqla "Xəzər” çörək zavodunu öz zavodu kimi idarə edir və hər ay Hacı Salayevin biznesindən külli miqdarda vəsaiti özününküləşdirir”, deyə mənbə iddia edir. (azfakt.com)

Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300