facebook1"The Evening Standard” qəzeti Britaniya Prokurorluğuna istinadən yazır ki, internet trollarının, təhqir və hədələyici postların göndərilməsi məqsədilə saxta Facebook hesablarının yaradılması yenilənmiş qaydalara görə cinayət əməli sayıla bilər.

Prokurorluğun məlumatında deyilir ki, cinayət məcəlləsinə əlavələr son zamanlar baş vermiş qanunsuzluqları nəzərə alır.

Yeni qaydalara görə öz qurbanlarının adından postlar yazmaq məqsədilə saxta profil yaradanlara qarşı cinayət işinin qaldırılması mümkün sayılacaq.

Kral Dövlət Prokurorluğu Xidmətinin direktoru Alison Saunders deyib ki, bəziləri yanlış olaraq düşünə bilərlər ki, saxta profilləri yaratmaqla qanundan gizlənə bilərlər.

O deyib ki, qanunu pozanları internetdəki "izləri” vasitəsilə aşkar etmək tamamilə mümkündür.

5 ilədək həbsxana

Prokurorluqdan verilən məlumatda deyilir ki, cinayət məcəlləsinə əlavələr barədə ictimai məsləhətləşmələr aparılacaq.

Alison Saunders sosial media vasitəsilə başqalarının güdülməsi və təhdid edilməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Xanım Saudersin sözlərinə görə prokurorluq sosial mediaların və internet texnologiyalarının inkişafı ilə ayaqlaşa bilmək üçün daim iş aparır.

Onun sözlərinə görə sosial medialardan cinayətlərin törədilməsi üçün getdikcə daha çox itstifadə olunduğu müşahidə edilir. Məsələn "porno qisasçılığı” deyilən yeni cinayət əməli xüsusilə geniş yayılıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, sosial media vasitəsilə cinayətlər bir çox hallarda qadınlara və qızlara qarşı yönəlmiş olur.

Sosial media nəhəngi Twitter bildirib ki, bədxah şəkildə istifadə olunmaq üçün yaradılmış hesablar daimi qapadılacaq.

Facebook-un qaydalarında da buna bənzər məqamlar var. (BBC azeri)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300