Yardımlıda 5 min illik kurqan tapıldı –FOTOLAR

 

Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda arxeoloji qazıntılar aparılır.

BakuPost xəbər verir ki, Yardımlı rayonu ərazisində kurqanların tədqiqatına son illərdə başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

Komanı yaylağı deyilən, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən ərazidə Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Qazıntısı aparılan kurqan ortaölçülüdür, dərinliyi təxminən 2 metrə yaxındır. Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. O cümlədən, dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Misal üçün, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi axirət dünyasına inamla bağlıdır.

Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar. Yeni kurqanın qazıntısı zamanı həmçinin sümükdən hazırlanan iy başlığı tapılıb. Bu da məhz ipəyirmə sənətində istifadə olunan əşyadır və onun tapılması bir daha sübut edir ki, bölgədə maldarlıq təsərrüfatı geniş şəkildə yayılıb.

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, bütün bu araşdırmalar bölgənin tarixinin çox qədim, zəngin olmasını deməyə əsas verir. Arxeoloji tədqiqatların əsas məqsədi erkən tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır. Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsində olan abidələrin tədqiqinə başlanılacaq və çox güman ki, qədim maldar əhalinin düzən ərazilərdə yaşayış yerləri aşkar ediləcək.

Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin bundan sonra antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilənin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyən ediləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300