Toylar zəhərlənmə mərasiminə çevrilir - səbəblər

 

AQTA: "Hadisə ilə bağlı araşdırmalara başlanılıb, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”

Son 2 gündə ölkənin müxtəlif rayonlarında keçirilən toy mərasimlərində 100-ə yaxın vətəndaş zəhərlənib. Toy mərasiminin kütləvi zəhərlənmə mərasiminə çevrilməsi İsmayıllı rayonunun Qəzli qəsəbəsində olub. Bu haqda Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Qəzli qəsəbə sakini Müşfiq Hüseynovun yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib. Rayon polis şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla müəyyən olunub ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Son zamanlar bir neçə toyda kütləvi zəhərlənmə qeydə alınıb. Bunlardan biri Şəki şəhərində baş verib. Toyda iştirak edən qonaqlardan 54-ünün xəstəxanaya müraciəti ilə bağlı cinayət işi başlanıb. Bu barədə avqustun 28-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq birgə məlumat yayıblar.

AQTA toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr götürüldüyünü bildirir. Eləcə də deyilir ki, Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya onların keyfiyyətsiz olmasının gizlədilməsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Toyların kütləvi zəhərlənmə mərasimlərinə çevrilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. İnsanların toylardan xəstəxanalara aparılmasının səbəbləri hazırda aparılan istintaqla müəyyən olunacaq.

Mütəxəssislər qida zəhərlənməsini əsasən təamların saxlama qaydalarının pozulması ilə bağlayır. Deyirlər ki, kütləvi şənliklər üçün hazırlanan yeməklər - böyük miqdarda ət, toyuq, balıq, tərəvəz soyuducu kameralardan kənarda saxlanır. Bazarlardan alınan meyvə-tərəvəzin hələ satışa çıxmazdan əvvəl, bağlarda ikən zərərvericilərə qarşı xüsusi dərmanlarla, zəhərli preparatlarla işləndiyinin fərqinə varmırlar və təmiz yuyulmur. Bu da zəhərlənmələrə yol açan amillərdəndir.

İqtisadçı Həsən Məmmədli ile ilgili görsel sonucu

 

İqtisadçı Həsən Məmmədli deyir ki, yay mövsümündə yeməklərin tez xarab olması çox vaxt nəzərə alınmır, bu da son nəticədə xoşagəlməz vəziyyət yaradır:"Toy mərasimi üçün hazırlanan yeməklər qaydalara riayət edilmədən, gigiyenik şərtlərə məhəl qoyulmadan saatlarla saxlanılır. Müvafiq qablaşdırma olmadan servis edilir. Bu da son nəticədə zəhərlənməyə gətirib çıxarır. Alüminium materialdan olan qablarda, qazanlarda yeməklərin uzun müddət saxlanılması zəhərlənmə riskini artırır. Çünki alüminium tez bir zamanda bişirilən qida ilə reaksiyaya girir və zəhərlənmə üçün münbit şərait yaranır. Buna görə də Qida Təhlükəsizliyi Agentliyi vaxtaşırı ictimai-iaşə obyektlərindən nümunələr götürərək yeməklərin tərkibini, keyfiyyətini yoxlamalıdır.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qabaqlar adətən bu cür kütləvi zəhərlənmələrin ictimailəşdirilməməsinə cəhd göstərildiyini söyləyir. Bunu da vaxtilə Səhiyyə Nazirliyinin məhsula sertifikat verməsi ilə izah edir:"Düşünürəm ki, bir-iki ilə yenə zəhərlənmələr gizlədiləcək. Qida zəncirində iştirak edənlər, yəni qidanın istehsalı, daşınması və s.-də iştirak edən qurumlar AQTA-da rüsum ödəməklə qeydiyyatdan keçməlidirlər. Sabah zəhərlənmə olanda restoran sahibi həmin sertifikatı agentlik əməkdaşının qabağına qoyacaq ki, bunu sən vermisən. AQTA həm yoxlama aparır, həm də sertifikat verir, iki funksiyanın bir əldə cəmləşməsi ciddi problemdir, maraqların toqquşmasına gətirib çıxarır”.

E.Hüseynov bunu da xatırladır ki, bir neçə il qabaq rəsmi qurumlar şadlıq evləri, restoranlarla bağlı standart hazırlasa da, buna əməl edən azdır. O, bunun səbəbini dövlətin istehlakçı siyasətinin yarıtmazlığı ilə əlaqələndirir. Üstəlik də, bazarın təhlükəli mallarla dolduğunu vurğulayır. Məsələn, AİB sədri bugünlərdə tərkibi, istehsalçısı məlum olmayan limonadlarla bağlı AQTA rəhbərliyinə müraciət etdiyini bildirir. Yeri gəlmişkən, E.Hüseynov bu içkilərin şadlıq saraylarında da süfrəyə verildiyini söyləyir.

E.Hüseynov bu duruma görə AQTA rəhbərliyini günahlandırır, işində şəffaflıq olmadığını iddia edir.

E.HÜSEYNOV, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300