Zakir Həsənov xidməti müşavirə keçirdi -FOTO

 

Bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb

 

Avqustun 31-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də video-bağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Orduda aparılan islahatlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunan Müdafiə naziri hərbi hissələrin müasir silah-sursatla təmin edilməsi və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının Azərbaycan Ordusunun güclənməsində və torpaqlarımızın işğaldan azad edilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bu istiqamətdə fəaliyyətlərin yüksələn templə davam etdiriləcəyini bildirib.

Müdafiə naziri intensiv döyüş hazırlığı ayının yekunlarını təhlil edərək bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə döyüş fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldiyini qeyd edib.

Nazir növbəti aylarda qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə təşkil olunan məşqlərin və təlimlərin sayının artırılması, onların direktiv və təlimatlara uyğun daha səmərəli təşkili, eləcə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.

General-polkovnik Z. Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Sonda Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.

 

image descriptionimage description

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300