Ermənistanın Gümrü şəhərində insanlar arasında kütləvi zəhərlənmə olub

 

    Ermənistanda insanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Gümrü şəhərində keçirilən toyda olub.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, toyda 50-dən çox insan zəhərlənib. Onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətbuatın yazdığına görə, zəhərlənməyə səbəb toyda verilən istifadə vaxtı keçmiş müxtəlif qida və şirələr olub.

Mənbələr bildirir ki, qidadan zəhərlənmə Ermənistanda adi hal alıb. Toy edənlər bəzən məcbur qalaraq vaxtı keçmiş ərzaq, hətta yararsız, iylənmiş ət məhsullarından istifadə edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300