ABŞ prezidentinin oğlu Monqolustanda alaçıqda qalıb

 

Bu günlərdə Monqolustana səyahət etmiş ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp bir həftə ərzində qazax alaçığında yaşayıb.

"Report” "Kazinform”a istinadən xəbər verir ki, bu barədə onun özü "Instagram” səhifəsində məlumat paylaşıb.

"Uşaqlar, Monqolustanı tədqiq edərkən oğlum Donni ilə bir həftə alaçıqda qaldıqdan sonra geri qayıtmışıq. At belində və "Jeep" avtomobili uzun yol qət etmişik. Daha çox şəkillər yaxın günlərdə olacaq. Bu, ömrümdə gördüyüm ən gözəl diyarlardan biridir, insanları da olduqca mehribandır. Bu cür heyrətamiz təcrübədən sonra şəbəkəyə qayıtdığıma darıxıram”, - deyə Trampın oğlu qeyd edib.

Daha sonra yerləşdirdiyi şəkillərdən kiçik Trampın qazax alaçığında qaldığı görünür. Monqolustanın rəsmi "Montsame” informasiya agentliyi də onun, əsasən, Bayan Ulqiy aymaqı ərazisinə səyahət etdiyini bildirib. Həmin yerlər də qazaxların yığcam yaşadığı bölgədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300