Bakıda yol polisi Müdafiə Nazirliyinin polkovnikini döydü

Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər.

Uluyol.info "sputnik.az"-a istinadən xəbər verir ki, baş verən hadisə ilə əlaqədar polkovnik dünən axşam Suraxanı rayonunda yerləşən 33 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, Yusifovun sözlərinə görə, fevralın 24-də saat 23:00-da DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında onun avtomobilini saxlayıblar. Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub. 

Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar.

Hələlik məlum deyil ki, bu qarışıqlıqda Yusifov polis işçilərinə hərbi qulluqçu vəsiqəsini göstərə bilib, ya yox.

Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər. İşin materialları Suraxanı rayon prokurorluğuna göndərilmək üçün hazırlanmaqdadır. Prokurorluqda isə, öz növbəsində, qeyd ediblər ki, nə olursa olsun, polis əməkdaşlarının fiziki güc tətbiq etməyə ixtiyarları yox idi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300