Tanınmış jurnalist yolda hücuma məruz qaldı, bədən xəsarəti aldı

 

Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.

Hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb.

Z.Xeyirxəbər hadisə ilə bağlıDİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.

Jurnalist əməkdaşımızla söhbətində başına gələn hadisənin təfərrüatını danışıb: "Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".

Ümid edirik ki, hadisənin motivi nə olmasından asılı olmayaraq, vətəndaşa bədən xəsarəti yetirmiş sürücü tapılıb cəzalandırılacaq.

Toğrul İsmayıl,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300