Rəsmi Bakı Qarabağa səfər edən deputatı "təlxək” adlandırdı

 

Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib.

Qondarma "Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.

Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə "Titanic” satirik jurnalının baş redaktoru olub.

Modern.az saytı məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlamasında bildirib ki, bu deputat ötən il XİN-in "qara siyahı”sına daxil edilib:

"Qeyd etmək istərdim ki, Avropa Parlamentinin Avropadan olan marginal üzvü, həmçinin, kloun (təlxək) siyasətçi kimi tanınan Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər edib. İcazəsiz səfərə görə onun adı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş əcnəbi vətəndaşlar siyahısına daxil edilib”.

"Hazırda da bu deputatın adı XİN-nin "qara siyahısındadır”-deyə XİN rəsmisi əlavə edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300