Ərdoğandan Malazgirt mesajı:"Yaxın günlərdə ordumuz o bölgəyə girəcək"

 

Türkiyə prezidenti Ərdoğan Malazgirt döyüşünün 948-ci ildönümü münasibətilə keçirilən tədbirdə vacib açıqlamalar verib.

"Heç bir siyasi və iqtisadi mənfəət bizi haqqın yanında yer almaqdan, məzluma və zərərçəkənə yardım etməkdən çəkindirə bilməz. Uşağı qaçırılıb, anası günlərdir aksiya keçirən ananı gördünüzmü? Biz dik duracağıq. Biz bu insanların övladlarının istismarına göz yummayacağıq. Bu gün Qüdsdə, Fələstində zülm var. Fələstinin addım-addım işğal etməyə çağırırlar. Müsəlmanlar zülm altındadır. Əllərindən gəlsə ölkəmizdə də eyni şeyləri qara qəlbli alçaqları da unutmadıq. Daha dünənə qədər evlərimizin dibinə qədər gətirmək istədikləri münaqişəni sərhədlərimizin xaricinə keçirdik”.

Türkiyə prezidenti Fərat çayının şərqində əməliyyatla bağlı da danışıb:

"Diplomatiya ilə nəticə əldə edərsək, nə əla. Amma istəyimiz xaricində bir yola məcbur edilərsək, bütün planlarımız hazırdır, öz planlarımızı həyata keçirəcəyik. Silahlı hissələrimizin çox yaxın vaxtlarda regiona girməsini gözləyirik. Hava və quru sərhədlərimizin xaricinə çıxdığımızda prosesi müəyyən etmək imkanı əldə edəcəyik. Qətiyyətimizi artıq heç kəsin yoxlamağa çalşmayacağına ümid edirəm.

Rusiya ilə bu İdlib məsələsini müzakirə etdim. Sabah Rusiyaya gedirəm. Orada yeni görüşlərimiz olacaq. İnşallah bu narahatlıqları qısa müddət ərzində aradan qaldlaracağıq.

İraq tərəfində də çox vacib addımlar atırıq. Ölkəmizə hücum edənlərin mərkəzi olan yerləri təmizləyirik.

Şərqi Aralıq dənizin qazma və seysmik axtarışlarımız da tam sürət davam edir. Kimsə bizə mane ola bilməz, ola bilməyəcək. Bütün bu fəaliyyətlər qətiyyətlə davam edir və edəcəkdir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300