İŞ ADAMININ
Çörək sexinin fəaliyyət iflic edilib
Cəlilabad rayonunda fəaliyyət göstərən çörəkbişirmə sexlərindən birinin rəhbəri üzləşdiyi problemlə bağlı müraciət edib.

Mircəfər Zeynalov bildirib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşları ona məxsus obyektə elektrik enerjisi verilişini dayandırıblar və bu zaman onun qardaşını döyərək xəsarət yetiriblər: "Qardaşım Zeynalov Mirismayıl onlara baxış üçün şərait yaradıb ki, bu şəxslər öz vəzifələrini icra etsinlər. Lakin ”Cəlilabad” EŞ-in rəhbərliyi və işçiləri qardaşıma qarşı zor tətbiq edərək onu yerə yıxıb, təpik və yumruqla vəhşicəsinə döyüblər. Sayğaca müdaxilə olunmadığı halda Cəlilabad EŞ heç bir xəbərdarlıq etmədən elektrik enerjisinin verilməsini 01:00-da əsassız olaraq dayandırıb. Xahişlərimizə baxmayaraq 2 saat enerji vermədilər və həmin gecə 1200 kq xəmir xəmir yararsız vəziyyətə düşdü. 3 gündür Cəlilabad EŞ-yə gün ərzində 6-7 dəfə getməyimə və xahişlərimə baxmayaraq hələ də süründürməçilik davam edir. Müəssisədə istehsal tamamilə dayanıb”.
Lent.az məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsindən bildirilib ki, məsələ ilə bağlı təhqiqat aparılır. Ekspertiza təyin edilib və xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi də başlaya bilər. "Azərişıq” ASC-dən isə bildirilib ki, məsələ baş idarənin diqqətindədir və polisin apardığı araşdırmanın nəticəsini gözləyirlər.

Polis şöbəsindən onu da bildirdilər ki, tərəflərin izahatlarının alınıb.
 
 Azadliq.info-ya daxil olan məlumata istinadən bildirir ki,  Cəlilabad rayonunda çörək satışı, eləcə də bişirilməsi icra başçısı Əziz Əzizovun monopoliyasındadır. Rayonun çörəklə təchizatını başçının sexləri təmin edir. Bu səbəbdən hadisənin sifarişlə baş verməsi istisna deyil.(miq.az)
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300