"Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı


Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Eurasia Diary xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində bu gün növbəti matçına çıxıb.

 

Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubuna bir həftə öncə səfərdə 2:1 hesabıyla qalib gəldiyi Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaq üçün hətta heç-heçə də bəs edirdi. Amma təəssüf ki, Azərbaycan çempionu doğma meydanda heç kimin gözləmədiyi halda 2 cavabsız qolla uduzmaqla ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.(matc.az)

 

Qeyd edək ki, "Qarabağ” Kipr təmsilçisini mübarizədən kənarlaşdırsaydı, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Amma Ağdam təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirməlidi. Komandamız bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu kollektivlərin ilk duelində "Linfild" 2:1 qalib gəlib.

 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

13 avqust

 

"Qarabağ" – APOEL 0:2
Qol: De Vinsenti, 34-pen. U.Matiç, 68.
Qırmızı vərəqə: R.Almeyda, 90+4.

Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.


"Qarabağ":13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.

Baş məşqçi: Qurban Qurbanov.

APOEL:27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç.

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.

Baş məşqçi: Tomas Doll.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300