Pənah Hüseynin İsa Qəmbər haqda dediklərinə Müsavatdan reaksiya gəldi

"Bəzi məsələlər var ki, ola bilər Pənah bəy onun bu gün həyata keçməsini istəyir”

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn moderator.az-a müsahibəsində Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər haqqında maraqlı açıqlamalar verib. "Əbədi kimi görünən İsa Qəmbər-Pənah Hüseyn müttəfiqliyi niyə pozuldu? sualına cavabında P.Hüseyn deyib ki, 2014-cü ilin sonlarından etibarən, bir sıra siyasi -  taktiki xarakterli və konyuktur olan məsələlərdə onunla İsa Qəmbər arasında fikir ayrılıqları olub. Amma şəxsi münasibətlərdə və İsa bəyin şəxsinə münasibətində heç bir dəyişiklik yoxdur və ola da bilməz: 

"Mən belə hesab edirəm ki, İsa Qəmbər bu gün ənənəvi müxalifətin həyatda olan, meydanda olan ən ciddi fiqurudur. Həmçinin də mən milli demokratik düşərgənin hazırkı duruma gəlməsinin və içində olduğu problemlərin birinci məsuliyyətinin İsa Qəmbərin üzərində olduğu qənaətindəyəm. Mən o fikirdəyəm ki, bu problemlərin həlli üçün İsa bəy özünün malik olduğu imkanlardan yetərincə istifadə eləmir”.

P.Hüseynin İ.Qəmbər haqqında dediklərinə Müsavat Partiyası başqanının müavini Elman Fəttah münasibət bildirib. "Yeni Müsavat”a açıqlamasında E.Fəttah bildirdi ki, Pənah Hüseyn müstəqil siyasətçidir və İsa Qəmbəri uzun illərdir yaxından tanıyır: "Pənah Hüseyn doğru buyurur ki, bu gün də İsa Qəmbər müxalifətin meydanda olan ən ciddi fiqurudur. Bundan sonrakı dövrdə də ölkədə gedən siyasi proseslərin təşkilatçılığı və liderliyi İsa Qəmbərin rəhbərliyi ilə keçəcək. O ki qaldı məsuliyyət məsələsinə, burada da mən qeyri-adi bir şey görmürəm. İsa bəy özü də açıqlamalarında dəfələrlə qeyd edib ki, o, Azərbaycanın dövlətçiliyi üçün məsuliyyət daşıyan bir insandır. Mən də hesab edirəm ki, ölkədəki vəziyyəti dəyişmək imkanları və qabiliyyəti də, həmçinin məsuliyyəti də Müsavatın üzərindədir. Düşərgənin lideri kimi də əlbəttə, bu prosesləri aparmaq imkanları və məsuliyyəti İsa Qəmbərin üzərindədir”.
P.Hüseynin "Bu problemlərin həlli üçün İsa bəy özünün malik olduğu imkanlardan yetərincə istifadə eləmir” fikrinə isə Müsavat rəsmisi belə münasibət bildirdi: "Bu da Pənah bəyin baxışıdır.O hesab edir ki, İsa bəy daha böyük işlər görə bilər. Hər şeyin zamanı var. Bəzi işlər var ki, ola bilər Pənah bəy onun bu gün həyata keçməsini istəyir. Amma İsa bəy qərarları düşünərək qəbul edir, addımları zamanında atmağı doğru hesablayır. Hər şeyin öz zamanı var”.

E.SEYİDAĞA

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300