Azərbaycan Dövlət Siğorta Şirkəti şəhid ailəsi tərəfindən məhkəməyə verilib.

Uluyol.info xəbər verir ki, bununla bağlı AzNews.az-a iddiaçı, şəhid anası Əpruz Ağaməmmədova məlumat verib. Ə.Ağaməmmədovanın sözlərinə görə, oğlu Şabıyev Səyyar Aslan oğlu 1992-ci ilin əvvəllərində Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, döyüşmək üçün Qarabağ bölgəsinə göndərilib. O, Qubadlı, Füzuli rayon istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 1992-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Yardımlı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Anası Ə.Ağaməmmədova hərbi qulluqçular dövlət tərəfindən məcburi siğortalandığından, 11 min manat məbləğində siğorta pulunun verilməsi üçün dövlət siğorta siyasətini həyata keçirən Dövlət Siğorta Şirkətinə müraciət edib, lakin bu günə kimi siğortanı naməlum səbəblərdən ala bilməyib. 
Buna görə də ailə məcburiyyət qarşısında qalaraq dövlət şirkətini məhkəməyə verib. Binəqədi rayon məhkəməsində 3 noyabr 2014-cü il tarixində məhkəmə keçirilib. Hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə şəhid ailəsinin lehinə qərar çıxarılıb. Şəhid üçün nəzərdə tutulan sığorta pulunun tez bir zamanda ailəsinə verilməsi tələb olunub. Lakin məhkəmədən 2,5 ildən də çox vaxt keçməsinə baxmayaraq Dövlət Siğorta Şirkəti çıxarılan qərarı icra etmir. Şirkət bunu maliyyənin olmamasıyla izah etməyə çalışır. Şəhid ailəsi bu dövlət qurumunun özbaşınalığı ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəyini bildirir: "Neçə illərdi, biz öz haqqımızı ala bilmirik. Hansı qapını döyürüksə hörmətsizliklə qarşılanırıq. Xırda məmurlar şəhid ailələrinə də hörmət qoymur. Sağ olsun Binəqədi məhkəməsi, bizim iddiamızı təmin elədi. Lakin Dövlət Siğorta Şirkəti məhkəmə qərarını da saya almır. İndi ümidimiz ölkə Prezidenti İlham Əliyevədir”.

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300