Təhsil üzrə ekspert Kamran Əsədov Təhsil sahəsindəki,boşluqlarla bağlı uluyol.info vasitəsilə çağırış etdi:
Hörmətli Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri,Tələbə Qəbulu üzrə DövləT Komissiyasının üzvləri və digər əlaqədar qurum və şəxslər!
Təhsildə ki boşluqlarla bağlı uzun-uzadı danışmaq istəmirəm.Mən universitetlərdə dərslik,müəllim,kadr hazırlamasına qısa olsada toxunum.Ümid edirəm ki,müvafiq qurumlar ölçü götürər.

1.Magistraturaya qəbulun hansı səbəbdən iki mərhələdə keçirilməsi məlumdur. Amma məlum olmayan budur ki, niyə ixtisas dili ingilis dili olan bakalavrlar birinci mərhələdə ingilis dilindən imtahan verə bilməz? (Onsuz da universitetlərin əksəriyyətində xarici dil fənni düz-əməlli tədris olunmur). Sualımı bir daha verirəm: Niyə ixtisas dili ingilis dili olan bakalavrlar birinci mərhələdə ingilis dilindən imtahan verə bilməz? Səbəb guya onların ixtisas dilinin ingilis dili olması və magistratura kimi ali təhsil pilləsində oxuyan istənilən gəncin ikinci xarici dil bilmə zərurrəti və yaxud da perspektivi və yaxud da kağız üstə statistikası və s. amillərin olmasıdır.
Yaxşı, bunu anladıq.

2.Bəs nə üçün ixtisası İnformatika, Kompyuter Mühəndisliyi, informasiya texnologiyaları ilə bağlı istənilən sahə olan bakalavrlar birinci mərhələdə İnformatikadan imtahan verirlər?Xahiş edirəm niyə bu cür ayrı seçkiliyə əl atdığınızın səbəblərini izah edəsiniz.

3.İnformatika fənnini bu qədər qəlizləşdirmək, xırdalamaq nəyə lazımdır? Mən ki offis proqramlarında yazıb-poza bilirəm, kompyuterə format (halbuki sizin çoxunuz, hətta qəbul sualı hazırlayanlarınızdan belələri var, bunu bacarmırsınız) verə bilirəm, internetdən istifadəni, bəzi qrafik və video-edit proqramlarından və başqalarından istifadəni bacarıram. Amma sizin təqdim etdiyiniz say sistemləri, alqoritmlər, mənasız xırdalıqlar, şəbəkə protokolları və s. mənim nəyimə lazımdır ki, mən onları oxuyub öyrənim və magistraturaya imtahan verim?Sizin suallarınızı əzbərləyib magistr tələbəsi olan o qədər şəxs var ki, adi komptyuteri söndürməyi bacarmır, əvəzində monitorun düyməsini basır və nəhayətdə ekran sönür. Belə insanlar necə magistr ola bilirlər? Olmazmı ki, doğru-dürüst bir sistem və ya yol tətbiq edəsiniz? Lazımsız informasiya və dərsliklərlə hara gedirik?
Hələ ikinci turun ixtisas suallarını demirəm.Kim nəzarət edir bunlara?

4.İxtisas suallarını hazırlayan müəllim nə məndən yaxşı ingilis dilində danışır, nə ingilis dilinin qrammatikasını məndən yaxşı bilir, nə də ki, izah edə bilir. Bir sual ki belədir: "Robin Qud niyə meşəyə qaçdı?", ya da "Samuyel Teylor Koleric vəfat etdi və hansı əsəri yarımçıq qaldı?".
Vallah utanıram belə suallardan və yaxud suallara baxmaqdan. Nəzəri qrammatikadan o qədər mənasız suallar var ki,...

5. Ən əsası da niyə magistraturanın ikinci mərhələsi üçün qəbul imtahanına sual hazırlayan müəllimlər həm də bakalavrları hazırlamalıdırlar? Axı onların suallardan xəbəri var. Ya da niyə bakalavrları hazırlayan müəllimlər qəbul imtahanı üçün sual yazmalıdırlar? Həm də belə müəllimlərin sayı barmaqla sayılacaq qədərdir. Və hansı səbəbdən bu müəllimlərin hazırlıq qiyməti 800-1000 azn arası dəyişir?Deməyin ki, belə şey yoxdur.Bunlar bütün ixtisaslar üzrə var. Məncə əvvəlki sistem daha yaxşı idi.
İndi insanlar daha çox xərc çəkir, nəinki 2007-ci ilə qədər!
 
Sadaladığım problemlər və suallarımı cavablandırılmasına ümid edirəm.Təhsil dövlətin varlığıdır.Güclü dövlət olmaq üçün,təhsilə önəm verək.
 
ULUYOl.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300