Vətənpərvərliyi təbliğ edən "Döyüşçü” - FOTO

 

Azərbaycan Televiziyasının efirində yayımlanan, gənc nəslə vətənə bağlılığı, mübarizliyi aşılayan "Döyüşçü” layihəsi hər dəfə formaca müasir, məzmunca milli dəyərlərə söykənən verilişlərlə tamaşaçı qarşısına çıxır.

Elə bu səbəbdəndir ki, layihə ilə bağlı yeniliklər geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılanır.

Son aylar televiziyada iki hərbi vətənpərvərlik layihəsi yayıma başlayıb: "Vətənə xidmət” tok-şousu, "Döyüşçü” hərbi-vətənpərvərlik verilişi.
Tok-şouda müxtəlif vətənpərvərlik mövzuları tanınmış ekspertlərin iştirakı ilə müzakirə olunur.

"Döyüşçü” layihəsində isə ordu quruculuğundan, Azərbaycan əsgərinin gündəlik döyüş fəaliyyətindən söz açılır. Verilişin ana xəttini Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığının təbliği təşkil edir. Ordumuzun bütün qoşun növləri, o cümlədən Sərhəd Qoşunlarının və Daxili Qoşunların döyüş hazırlığı ardıcıl şəkildə işıqlandırılır. Silahlı Qüvvələrimizin arsenalında olan yeni silah və texnika növləri haqqında süjetlər hazırlanır, ayrı-ayrı bölmələrin gündəlik xidməti-döyüş fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Verilişin hazırlanmasında analitik təhlilə geniş yer verilir. Ordu quruculuğu prosesinin elmi əsaslarla təhlil olunduğu bu layihədə elit bölmələrimizin fəaliyyəti xüsusi diqqətdə saxlanır.

Çəkilişlər ən müasir texniki vasitələrlə aparılır ki, bu da tamaşaçı zövqünü oxşayır. Bir sözlə, verilişlərin hazırlanmasında müasir, peşəkar yanaşmalardan istifadə edən kollektiv bütün mümkün vasitə və metodlardan istifadə etməklə çalışır ki,gənclərimiz, eləcə də hərbi qulluqçularımız lazımi informasiyalarla maarifləndirilsin.

Proqramın yaradıcı heyəti həqiq hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərdən ibarətdir. Bu da imkan verir ki, regionda lider olan ordumuzun real döyüş qabiliyyətini tamaşaçılara təqdim edək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300