Türkmənbaşı özbəkistanlı həmkarına zəng edib

Ötən həftə vəfat etdiyi deyilən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Özbəkistan prezidenti ilə danışıqlar aparıb.

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin saytında bildirilib ki, çərşənbə günü özbək və türkmən liderləri telefonla söhbət ediblər. Berdıməhəmmədov Mirziyoyevi ad günü münasibətilə təbrik edib və onunla "beynəlxalq və regional siyasətin aktual məsələlərini” müzakirə edib.

Virtualaz.org mənbəyə istinadən bildirir ki, telefon danışığının gedişində siyasətçilər iki ölkə arasında əməkdaşlığın möhkəmlənmnəsindən "dərin məmnunluq hissi” keçirdiklərini qeyd ediblər.

Xatırladaq ki, iyulun 21-də Rusiyada siyasi ekspertlər 62 yaşlı Berdıməhəmmədovun vəfat etdiyini bildirmişdilər. Ölkənin səfirlikləri sonradan bu məlumatı təkzib etdilər. Yalan məlumatın yayılmasına görə Avrasiya problemlərinin monitorinqi mərkəzinin başçısı Aslan Rubayev Türkmənistan prezidentindən üzr istəmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300