Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb.

 

"Report"un məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300