Ermənistanda əsgər ordu sıralarına qayıtmaq istəməyib

 

Ermənistan silahlı qüvvələrinin sıravi əsgəri Yurik Broyan müalicə olunduqdan sonra ordu sıralarına qayıtmaqdan imtina edib.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, iyulun 15-də hərbi polis əməkdaşları əsgəri müalicə olunduğu yerdən hərbi hissəyə müşayiət etmək istəyiblər: "Ancaq Broyan tibbi müəssisədə olmayıb. Bildiriblər ki, o, xəstəxanadan ayrılaraq naməlum istiqamətə gedib. Hərbi polis əməkdaşları Broyanın anası ilə əlaqə saxlayıblar. Anası bildirib ki, oğlu hərbi hissəyə qayıtmaq istəmir”.

Qeyd edək ki, Yurik Broyan iyunun 6-dan psixoloji vəziyyəti ilə əlaqədar Ermənistanın Milli Mərkəzində müalicə olunub.

Xatırladaq ki, iyulun əvvəlində Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300