image here

"Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini "cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib.

BBC xəbər verir ki, sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda "dünyanın bir nömrəli terrorçusu”na qarşı keçirdiyi əməliyyat zamanı tapılıb.

Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb.

Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır.

Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300