Ağsuda sərxoş bələdiyyə sədrinin qumar oyunu: bir gənc bıçaqlandı

Olayda adı hallanan Vüqar Cavadov sabiq deputat Ərəstun Cavadovun qardaşıdır

Ağsu rayonundan cumhuriyyət. az-ın elektron poçtuna ilginc məlumat daxil olub. Məlumatda göstərilir ki, 29 fevral tarixində gecə saatlarında rayonun Ərəbmehdibəyli kəndi ərazisində, bir qrup şəxs qumar oynayarkən, bıçaqlanma hadisəsi baş verib. Baş vermiş hadisədə diqqət çəkən məqam qumar oynayan və bıçaqlanma olayında iştirakçı olan şəxslərdən birinin  Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Cavadov Vüqar Nurəddin oğlunun olmasıdır.
Mənbənin bildirdiyinə görə qumar oyununda yaranan mübahisə zamanı bıçaqlanma hadisəsi də elə bələdiyyə sədrinin qumar oyunu ilə əlaqədar baş verib. Bununla bağlı hadisə yerində olan şəxsin cumhuriyyet.az-ın elektron poçtuna göndərdiyi məlumatda deyilir: "Bələdiyyə sədri Vüqar Cavadov möhkəm sərxoş idi. O, dəfələrlə uduzdu. Bu zaman onun tərəfdarlarından biri ona səsləndi ki, Vüqar müəllim sizi kartların paylanmasında aldadırlar. Hadisə də elə bundan sonra oldu”.  Məlumatda bildirilir ki, Vüqar Cavadova aldadıldığını deyən gənc əvvəlcə orada olan şəxslər tərəfindən mökəmcə döyülüb, sonra döyülən şəxs macal tapıb bir nəfəri bıçaqlayıb. Daha sonra hadisə yerinə döyülən gəncin atası gəlib və o da həmin adamlar tərəfindən möhkəmcə döyülüb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə gecə kəndə polis və təcili tibbi yardım gəlib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Hüquq-mühafizə orqanları, hadisəyə səbəbkar olan bələdiyyə sədri Vüqar Cavadovun orada olmadığını qeyd etməklə onu himayə edirlər.
Cumhuriyyət.az olaraq qeyd edirik ki, Vüqar Cavadov Ağsu rayonunun sabiq deputatı, Ərəstun Cavadovun qardaşıdır. Onun həcc ziyarətində olduğu qeyd edilir, eyni zamanda Vüqar Cavadovun içki düşkünü olduğu qeyd edilənlər sırasındadır.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Elçin İsmayıllı Cumhuriyyət.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300