McDonalds restoranlarına gedənlərə dəhşətli XƏBƏR:"Övladlarınız yazıqdır!”


 

 

Son dövrlər Amerika, həmçinin Avropanın bəzi ölkələrində McDonalds, KFC kimi restoranlara maraq azalıb.

ABŞ-da yaşayan azərbaycanlı fəal Zaur Bayramlı bir dəfə sosial şəbəkədə bu haqda maraqlı məlumat paylaşmışdı:

"4 ildən çoxdur ki, Amerikadayam. Bu müddət ərzində bir dəfə də olsun McDonald’s, Burger King, KFC kimi yerlərdə yemək yeməmişəm, övladlarıma da icazə verməmişəm ki, yesinlər. (Daha doğrusu, zərərləri haqqında bilgiləndirmişəm, onlar da yeməyə meyl etməyiblər)

Adlarını çəkdiyim bu restoranlara artıq xeyli vaxtdır ki, Amerikanın özündə rəğbət qalmayıb – müştəriləri indi daha çox işsiz-gücsüz zəncilər, Orta və Güney Amerika ölkələrindən qaçaq gələn işçi təbəqəsidir.
Belə olduğu təqdirdə bu markalar ayaqda qala bilmək üçün bizim Azərbaycan kimi 3-cü dünya ölkələrinə açılırlar. Üzücü olan isə budur ki, insan sağlığı üçün çox təhlükəli "yeməklər” istehsal edən bu markalar bizdə lüks bir şey olaraq bəh-bəhlə, cəh-cəhlə qarşılanır”.

Soydaşımız okeanın o tayından Azərbaycan vətəndaşlarına müraciət də etmişdi:

"Kanserogen tərkibli eyni yağda bəlkə 50 dəfə "sox-çıxart” üsulu ilə qızardılan frozen (dondurulmuş) kartofları və digər yeməkləri gələcəyimiz olan gül balalara yedirib onları ölümə yaxınlaşdırmayın!!!
Heç bir faydası olmayan, əksinə, başdan-ayağa müxtəlif xəstəliklərin qaynağı olan bu toksinlərə yüksək məbləğlər ödəyərək, övladlarınızı sevindirdiyinizi, onları xoşbəxt etdiyinizi düşünürsünüzsə, çox yanılırsınız!!!

Gələcəyinizi anglo-saksonların kapitalist təfəkkürünə, merkantilist maraqlarına qurban verməyin! Bu markaları boykot edin! Onların zəhərli yeməklərini övladlarınıza yedirməyin!”.

Doğrudan da hazırda Bakı şəhərində "Fast food” adlandırılan ayaqüstü qidalanmaya maraq çox böyükdür. Qəribə hal ondan ibarətdir ki, dünya ölkələrində o qədər də üstünlük verilməyən bu cür qidalara bizdə insanlar xüsusi yanaşır, birinci dərəcəli yemək kimi qiymət verirlər. Ən dəhşətlisi isə odur ki, bəziləri hətta McDonalds-a getməyi prestij və az qala aristokratlıq nümunəsi sayır, ora gedə bilməyənlərə üstdən-aşağı baxır, geridəqalmış hesab edirlər.

İndi Bakıda McDonalds restoranlar şəbəkəsi tələbələrin, uşaqların, bir sözlə cavanların ən çox getdiyi əyləncə və istirahət yerlərindən biri sayılır.

Bəs Bəkıda ziyanı xeyirindən çox olan bu cür restoranlara əsas marağın digər səbəbi nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, həmin qidaların reklamını güclü təşkil edib, bu üsulla da insanları ora cəlb etməyi bacarırlar:

"Hazırki dövrdə satışın uğurlu həyata keçirilməsi və insanları cəlb etmə, birbaşa olaraq güclü təşkil olunmuş reklamdan aslıdır. İndi azyaşlı uşaqlar belə oyun oynayarkən televizorda reklam gedərsə, oyununu saxlayıb diqqətini reklama ayırır. Belə şəraitdə böyüyən uşaq heç sözsüz ki, reklamda təqdim edilən McDonalds, KFC kimi məkanlara maraq göstərəcək. Bəzi ölkələrdə belə restoranların olmasına dövlət özü maraq göstərir. Belə ki, heç bir ölkə istəmir ki, təqaüd alan yaşlı insanların sayı çox olsun. Yəni bu cür restoranlarda satılan qidalar erkən ölümə səbəb olan əsas əlamətlərdən hesab olunur”.

E.Hüseynov deyir ki, o, bir kitabdan McDonalds barədə daha dəhşətli məlumat oxuyub: "Həmin kitabda yazmışdılar ki, ABŞ-da insanların McDonalds-dan alıb yediyi qidalardan olan ölüm və kökəlmə səbəbləri terrorçuların 1 ildə apardığı əməliyyatdan 10 dəfə artıqdır.

Belə restoran şəbəkələrinin qurulması, say artımı kapitalist cəmiyəti üçün xarakterikdir. Çünki əsas məqsədi pul qazanmaq olan belə cəmiyyət üçün KFC, McDonalds kimi insanların əsas üstünlük verdiyi məkanların çoxluğu əsl qazanc mənbəyidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300