Gilasın orqanizmə 10 faydası –Ağ və qırmızının fərqi

 

Gilas A, E, C, PP, B vitaminləri, yod, fosfor, kalium, maqniy, kalsiula zəngin olub, qışdan zəif çıxan orqanizmi lazımi minerallarla təmin edir.

 

Uşaqlar, hamilə qadınlar, yaşlılar üçün də çox vacib meyvədir.

Medicina.az gilasın hansı xəstəliklərdə nə kimi faydası olduğunu araşdırıb.

 

1.Qalxanvari vəz, zob xəstəlikləri– yodla zəngindir

 

2.Böyrək və sidik yolları iltihabi xəstəliklərində- iltihabı, spazmı, infeksiyanı aradan götürür

 

3.Mədə-bağırsaq problemləri– ağ gilas həzmi yaxşılaşdırır, çəki azaldır, arıqladır. Disbakterioz, ishalda yeyilməlidir

 

4.Öskürək, ağciyər xəstəliklərində - isti kompotu, məhlulu öskürəyi yumşaldır, bronxları açır

 

5.Yüksək təzyiqdə- tünd gilasda olan fenol birləşmələri kapilyarları möhkəmləndirir, bu da təzyiq və ürək xəstəliklərinin yaranmasını əngəlləyir

 

6.Tromb və qan qatılaşmasına qarşı– tərkibindəki kumarin qanın keyfiyyətini yaxşılaşdırır

7.Xərçəng şiş hüceyrələrindən qoruyur– gilas yüksək səviyyədə antioksidant təsirlidir. Hər gün 100 qr qırmızı "öküz ürəyi” gilası yesəniz kifayət edər.

 

8.Gözlərin dərmanıdır– ağ gilasda olan beta karotin gözləri sağlamlaşdırır.

 

9.Ürəyin desertidir– Amerika kardioloqları bildirir ki, müntəzəm olaraq hər gün bir ovuc qırmızı gilas yedikdə, ürəyin işini yüngülləşdirib, onun dözümlüyüyünü artırarsız.

 

10.Yuxusuzluğa qarşı– gilas təbii melatonin-yuxu və gümrahlıq hormonu mənbəyidir. Axşama yaxın 100 qr gilas yesəniz yuxunuz şirin və yaxşı olacaq.

 

 

Ağ yoxsa qırmızı?

 

Rənginə görə dadı və tərkibində şəkər və orqanik turşuların miqdarına görə seçilir.

Tünd qırmızı gilasda çox miqdarda antosianov piqmenti, P vitamini, antioksidant təsirli maddələr var. Bir sözlə, gilas nə qədər tünddürsə, bir o qədər faydalıdır. Fransada tünd gilasdan şərab daha qiymətli, faydalı hesab olunur.

 

Ağ gilasın özəlliyi odur ki, o nadir halda allergiya yaradır. Gilas nə qədər turşaşirin olsa, o qədər yaxşıdır. Lap şirin gilas orqanizm üçün elə də faydalı olmaz.

 

Kimlərə olmaz?

 

Köpü, qəbizliyi olanlar az yeməlidir, çünki gilas qaz yaradır.

Diabet xəstələri də çox az qəbul etməlidir. Gilasın turş növlərini seçsinlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300