Bakının mərkəzi küçəsində Paytaxtın mərkəzi küçələrindən birində əli azərbaycanlı qanına batmış bir bolşevikin - Vladimir Poluxinin xatirə lövhəsi hələ də qalmaqdadır. Əlbəttə, bu löhvə sovet dövründə qoyulub, amma necə olur ki ötən 25 ildə bu lövhə nəzərdən qaçıb? Əməkdaşlarımız elə bu sualı aidiyyatı qurumlara ünvanlayıblar. Ancaq onların cavabı o qədər də ürəkaçan olmayıb.

Bakının mərkəzi küçələrindən biri olan Murtuza Muxtarov küçəsində 26 Bakı komissarından biri Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəallıq göstərən Vladimr Poluxinin xatirə lövhəsi hələ də qalmaqdadır. Küçənin adı dəyişdirilsə də lövhə sökülməyib 
Söhbət o Poluxindən gedir ki, 1918-ci ildə Şaumyanın göstərişi ilə mart qırğınları zamanı Bakını, kapitanı olduğu hərbi gəmidən atəşə tutub və xeyli sayda azərbaycanlının öldürülməsində birbaşa iştirak edib. 26 Bakı komissarından biri kimi Bakı kommunasında hərbi-dəniz işləri üzrə komissar olmuş Vladimir Poluxinin əsas vəzifəsi Bakını dənizdən mühasirədə saxlamaqdan ibarət olub. Əli azərbaycanlı qanına batmış bu bolşevik inqilabçının xatirə lövhəsinin hələ də Bakının mərkəzi küşəsində saxlanılması sakinlərin haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı Səbail Rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirdilər ki, bu tip lövhələrin vurulması və ya sökülməsi Bakı Şəhər İcra hakimiyyətinin göstərişi ilə icra edildiyindən bu məsələ onların səlahiyyətlərinə daxil deyil. Bakı Şəhər icra hakimiyyətindən isə məsələyə ilə bağlı mövqe öyrənmək mümkün olmadı.

Lövhənin sökülməsinin hansı qurumun səlahiyyətində olub-olmamasından asılı olmayaraq, paytaxtda, həm də məhz bolşeviklər tərəfindən qətlə yetirilmiş Murtuza Muxtarov kimi xeyriyyəçinin adını daşıyan mərkəzi küçədə Poluxin kimi qatilin xatirə lövhəsinin hələ də qalması heç bir quruma başucalığı gətirmir. (Xezerxeber.com)



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300