İraqın şimalında İŞİD qruplaşmasının 14 üzvü öldürülüb

 

İraq ordusu ölkənin şimalında yerləşən Naynava əyalətinin əl-Hadr dairəsində İŞİD terror qruplaşmasının 14 üzvü zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, İraq Təhlükəsizlik Xidmətinin media orqanının rəsmi "Facebook” səhifəsində yayılan məlumata görə, öldürülən sılahlılar arasında qruplaşma liderləri və kamikadzelər də var.

Əldə olan məlumata əsasən, əməliyyatı Terrorla Mübarizə üzrə İdarənin xüsusi təyinatlı bölməsi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirib.

Qeyd edək ki, İŞİD qruplaşması 2014-cü ilin iyun ayından başlayaraq İraqda böyük əraziləri, o cümlədən ölkənin ən iri şəhəri - Mosulu ələ keçirməyə müvəffəq olmuşdu. 2017-ci ildə miqyaslı əməliyyatlardan sonra Mosul yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Həmin ilin dekabr ayında İraqda İŞİD qruplaşmasına qarşı müharibənin başa çatdığı elan edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300