"Palmali”nin "Rəsulzadə” gəmisinin ilk görüntüləri yayıldı -FOTO

 

Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan "Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan "Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.

Yenicag.az-a "Palmali” Şirkətlər Qrupundan verilən xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin adını daşıyan gəminin ekipajı da hazırdır və son texniki işləri görülməkdədir.

Qeyd edək ki, bu barədə xəbəri Rəsulzadənin doğum günündə şirkətin prezidenti, tanınmış xeyriyyəçi Mübariz Mənsimov açıqlamışdı.


"Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq” deyə, öz sosial media hesabından xəbər verə azərbaycanlı iş adamı " Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun” sözləri ilə fikrini bitirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300