GUNDEMİNFO.AZ-ın redaksiyasına Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri tərəfindən müraciət daxil olub.

Həmin müraciəti təqdim edirik: 

Biz, "Bahar Enerji” Əməliyyat Şirkətinin bir qrup qocaman neft işçisi , fəhləsi, elektriki, sürücüsü, mexaniki və digər neft peşə sahibləri Şirkətdə baş verən ozbaşınalıqlardan, qanunsuzluqlardan və bizə qarşı olan təzyiqlərdən bezmişik. Bizlər əvvəlki "Qum adası” NQÇİ-nin işçiləri olmuşuq, uzun illərdi ki bu sahədə işləyirik bu cür özbaşınalığa rast gəlməmişik.

Bildiririk ki, şirkətdə qanunsuzluqlar o həddə çatıb ki, hətta neft-qaz işləri üzrə təhsili olmayan sürücü, katibə, tərcüməçi olan şəxslər bizlərə rəhbər vəzifələrə təyin edilib. Belə vəziyyətdə neftin çıxarılmasına söhbət belə gedə bilməz. Lakin bizlər bu vəziyyətləri bildirəndə bizləri işdən çıxarmaqla hədəliyirlər. Hazirki bohran dövründə işsiz qalıb uşaqlarımızı və ailəmizi ac süsüz saxlamaq üçün biraz dözürük. Amma bu halların təkrar baş verməsi bizləri susdura bilməzidi.

Bizlərin əmək haqları böhran adı altında azaldıldı lakin aşağıda adları göstərilən şəxslər və onların adamları, qohum əqrabalarının əmək haqqları qaldırıldı. Bizlərin banklara kredit borclarımız var, və biz bu krediti götürəndə bundan əvvəl ki əmək haqqımızı nəzərə almışdıq. Böhran "neftçi babaya” təsir edir ancaq?? 

Hətta vəziyyət o yerə çatıb ki bu şəxslər Azərbaycan hökümətini və Dövlət neft Şirkətini aldatmağa çalışırlar. Niyə məhz onlar deyil bizlər bu bohranın təsirinə düşürük?? Onlara bu böhran niyə təsir etmir? Demək araşdırlmalı işlər hələdə çoxdur. Bunlar qanunsuzluqların hələ bir hissədir.

1. Hal hazırda Əməliyyat üzrə Menecer Amerika vətandaşı Dayl Makfaden rəhbərlik edir. Lakin maraqlı məqam orasındadır ki, həmin şəxsin Azərbaycanda işləməsi üçün iş icazəsi olsa da iş icazəsi saxta diplomla əldə edilib. Əldə etdiyimiz Facebook səyifəsindəki məlumata əsasən həmin şəxs Amerikada Belford Universitetini neft mühəndisi ixtisası üzrə bitirib. Gülməli olsa da lakin həmin Universitet ümumiyyətlə mövcud deyil (http://www.coderanch.com/t/45680/md/belford-university-degrees-fake)Bəs Movcud olmayan Universiteti necə bitirmək olar ?

Bu məlumatı Dayl facebook səyifəsidə görəndə biz internetdə Belford Universitetini araşdırdıq və bəlli olduki həmin movcud olamayan Universitetdə oxumağa ehtiyyac yoxdur onlayn yolla 150 dollar ödəməklə Universitet adindan diplom əldə etmək olur. Dayl uzun müddətdir ki Azərbaycanda saxta diplomla özündən qat qat təcrübəli və sözün əsil mənasında neft sahəsinə ömrümü vermiş əsl peşakarlara rəhbərlik edir. Bunun üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qısa araşdırma aparması kifayət edirki dediklərimizi təsdiqi ortaya çıxsın.

Bu şəxs neftən anlayışı olmaması ilə neftin səviyyəsi bərbad vəziyyətdədir. Dayl təcrübəli neftçiləri işdən çıxardıb .Güman edirik ki, həmin şəxsin əməllərinə müvafiq orqanlar nəzər yetirib bizlərə dəstək olacaqlar. Bizə Rəhbər olan Dayl ozü adı fəhlədir, və dələduzluqla illərdir Azərbaycan Dövlətini aldadır və bizlərin hesabına firavan həyat tərzi sürür. Hətta o ağır xəstədir və bu səbəbdən o nəyinki platformalardan, bizlərin nə şəraitdə işlədiyimizdən heç Qum adasının sahəsindən belə xəbəri yoxdur.

2. Şirkətdə Komersiyya üzrə vitse-prezident vəzifəsində işləyən Rahib Mustafayev Dayl Makfaden tərəfindən tərcüməçi kimi işə gətirilmişdir keçmiş təcrübəsi tərcüməci olsada hal hazırda Şirkətin təhcizat və maliyyə işlərini idarə edir. Bununla yetinmədən şirkətə öz qohum əqrabalarını, dostlarını hətta dini təriqətin nümayəndələri olan vahabiləri toplayıb. Bildirək ki, Əməliyyat üzrə departamentin aparıcı vəzifələrində yani şöbə rəisləri vahabilərdir. Onun rəhbərlik etdiyi QHT isə bunların dini təriqətinin nümayəndələrini maliyyələşdirir və onların şirkətdəki işdən savayı dini təriqətin alovlanmasına iştirak edirlər. Rahib Mustafayevin adamlarından biri də elektrik təhsili olmayan baş elektrik Nail Nağıyevdir.

3. Şirkətdə Əməliyyat üzrə Menecerin yani Deyl Macfadenin müavini Əliiskəndər Qurbanovdur. Bildirək ki, bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti Rəhman Qurbanovun qardaşının oğludur. Bu nüfuzdan istifadə edərək şirkətdə baş verən qanunsuzluqlara rəhbərlik edir. Bu yaxınarda neftçilərin əmək haqqlarının aşağı salınması təşəbbüsüdə onun tərəfindən edilib.

Bunun qarşılığında isə öz əmək haqqı qaldırılıb. Ona şikayətlərimiz isə həmişəki kimi cavabsız qalır və ondan şiakayət etdikdə isə "Mənim əmim Socarın vitse prezidentidir Sizlər mənə hecnə edə bilməzssiz….” deyə cavab verir.Bəyəm birinin əmisi yüksək vəzifə tutması neftcilərə əziyyət verməsinə əsasdır ? Bizlər gecəmiz gündüzümüzə qatanda bu şəxs savadsız qərarları ilə neft sistemini bərbat vəziyyətə qoyub. Bizlərin Əliiskəndər Qurbanovun əmisi kimi dayağımız yoxdur lakin bizlər ilk öncə Ölkə başçısı cənab İlham Əliyevi və ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevi özümüzə həmişə dayaq və yanımızda olan lider sayırıq.

Cənab Prezident İlham Əliyev hər dəfə çıxışlarına "yüksək vəzifə tutan məmurlara onların qohumların bu vəzifədən istifadə etməməsinə dair xəbərdarlıqlar etmişdir.Görünən odurki Rəhman Qurbanov ölkə başçısının bu xəbərdarlıqlarını saymır və qardaşı oğlunun törətdiyi özbaşnalıqlarının arxasında durmaqla qanunsuzluqlarına göz yumur.

Cənab Rövnəq Abdullayev bu məsələyə dair qısa araşdırılmasına dair tapşırıq versə bizim nə qədər haqqlı olduğumuzu göstərəcək. Biz iş yerlərimizi itirməkdən qorxuruq ona görədə uzun müddətdir ki araşdırma aparırıq və Sizə verilən məlumatların heç biri sübütsüz deyil.

4. Yuxarıda qeyd etdiyimiz kimi Şirkətimizdə yüksək vəzifə tutanlardan biridə Anar Cabbarovdur, Anar şirkətin maliyyə meneceri Erik Stupartın sürücüsü vəzifəsində uzun müddət işləyib. Şirkətdə baş verən struktur dəyişiklikləri nəticəsində Təhcizat şöbəsinidə Erikin tabeçiliyinə verilib. Və həmən gündən o Anarı yani sürücüsünü təhcizat şöbəsinin alışları üzrə rəhbər vəzifəyə təyin edib. Bunuda qeyd edək ki Anarı ele Erik Bahara özü ilə qətirib. Bu gün sürücü şirkətimizin bütün alışlarına nəzarət edir.

5.Şirkətə Nəqliyyat və xüsusi texnika üzrə şöbənin rəhbəri Fəxrəddin Qasımovdur. Fəxrəddin Qasımov bir il bundan əvvəl 2015 ci ildə aşkar olunmuş yanacaq üzrə yeyintiyə görə işdən qovulmuşdur və bir müddət sonra yenidən işə bərpa olunmuşdur və daha yüksək vəzifə ilə təmin olunmuşdur. Həmin şəxs Deyl və Rahib Mustafayevin əsas fiqurlarından biridir.

Fəxrəddin Qasımov bu vəzifədə işləməyə başladıqdan sonra umumiyyətlə qanunsuzluqlar baş verir. Şirkətə bu sahadə tanışlıqlar etdiyi Şirkətlər cəlb edilib yüksək məbləğlərdə iş pulları yazılır. Nəticədə bunlar həmin pulları silməklə məşğul olurlar.Bununla yetinmədən hazırda Şirkətin hesabında birdənədə olsun turba qalmayıb hamısı bu şəxsin tapşırığı və Rahib Mustafayevin rəhbərliyi ilə bazarlarda satışdadır.

Təəsüf ki şirkətin rəhbəri amerika vətandaşı Norman Bensonda bunlardan xəbəri yoxdur. Və biz ona bunları deməyə və sübüt eməyə qorxuruq, çünki Deyl və Rahib onuda öz təsiri alrına salıblar və o onlara inanaraq bizə inanmayacaq.Bu usullada onlar onu aldatmağı bacarıllar.

6. Buda azmış kimi şirkətdə əvvəl katibə vəzifəsində işləyən Nərminə Qardaşxanova hal hazırda Direktor vəzifəsində işləyir. Nərminə Qardaşxanova yanacaq və digər komisiyalar üzrə rəhbərdir və araşdırmalar aparır. Heç yanacaqdan başı çıxmayan və indiyə dək bu sahədə heç bir təcrübəsi olmayan adam bizlərdən izahatlar alır. Və bizim ixtiyarımız yoxdur ki ona işi öyrədək çünkü ona Rahib himayədarlıq edir. Onun aldığı əmək haqqı ilə neçə təcrübəli neftçi işləyə bilər lakin o Rahibin adamı olduğu üçün ona hər çür şərayit yaradılır və böhranı bəhanə edib bizlərin əmək haqqını azaldıllar və hətta işdən belə azad edillər. İllərlə mühəndis vəzifəsində işləyən əməkdaşları isə işdən çıxardıllar. Bu xanımın tutduğu vəzifə artıq xərcdən başqa bir şey deyil.

7. Şirkətdə 2011-ci ildə Həmkarlar İtifaqı yaradılanda bizlər sevinmişdir ki onlar bizim hüquqlarımız qoruyacaq.Lakin hazırda görrürük ki, həmin qurumda sadəcə Rahib Mustafayevin və digər ətrafının sözüylə hərəkət edən fiqura çevrilib. Həmkarlar İttifaqının sədrinin müavini Fərid İlyasov Rahib Mustafayevin ən yaxın adamıdı. Şirkətdə işləyən işçilərin əmək haqqları kəsilərkən, onlara qarşı haqsızlar olarkən Həmkarlar İttifaqına getdikdə Fərid İlyasova və Hüquq departamentinin meneceri Əhmədiyyə Musayevə işçiləri qanunla müdafiə etmək əvəzinə Rahib Mustafayevin dilindən çıxış edillər.

"Xoşunuz gəlmirsə işləməyin deyə….” çağırışlar edillər. Bəyəm Həmkarlar İttifaqı Şirkəti qoruyacaqsa onların sözüylə oturub duracaqsa onda nəyə lazımdır bu qurum…. ? Biz kimə müraciət edəkki bizi qorusun ?? Biz dəfələrlə Əhmədiyya Musayevə müraciyyət etməyimizə baxmayaraq heç bir dayaq yaxud hüquqi yardım görməmişik. Əksinə onun yanına cəsarət edib şikayətə gedənlər işdən azad olunublar.

Bu şəxslər özlərini ətrafda "komanda” adlandırıllar lakin onlarda Şirkətə bir damlada olsun xeyir vermək niyyəti yoxdur. Bu məktubumuzu AR Prezident Administrasiyasına, AR Dövlət Neft Şirkətinin rəsmlərinə, Dövlət Miqrasiya Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilirliyinə və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatına göndərmişik. Bizlər inanırıq ki bizim harayımıza səs verən tapılacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300