4 milyona yaxın Venesuela qaçqını dünyaya səpələnir

 

BMT dünyanı onlara sığınacaq verməyə səslədi; Maduro isə "Visa”, "Mastercard” sistemlərindən imtina edir...

BMT-nin Qaçqınlar Agentliyi dünya ölkələrini Venesueladan qaçanları qəbul etməyə çağıraraq, onların əksəriyyətinin beynəlxalq qaçqın yardımına ehtiyacı olduğunu bildirib.

"Yeni Müsavat” xəbər verir ki, Cenevrədə keçirilən brifinqdə sözçü Liz Trossel Venesuelada siyasi, insan haqları durumunun və humanitar vəziyyətin ağırlaşdığını deyib.

Onun bildirdiyinə görə, indiyədək ölkəni 3.7 milyon insan tərk edib. Onların 460 mini əsasən qonşu ölkələr olmaqla, siyasi sığınacaq üçün müraciətlər edib.

Agentlik şəxslərin müəyyən edilməsi prosesinin ağırlığına görə ölkələrdən sığınacaq istəyən venesuelalıların qrup şəklində təsbit edilməsini istəyir.

Ä°lgili resim

 

Bildirilir ki, venesuelalılar qanuni statuslarından asılı olmayaraq geri qaytarılmamalıdır.

Dünyanın qaçqın probleminin daha da dərinləşdiyini nəzərə alsaq, indi venesuelalıların axını vəziyyəti bir qədər də çətinləşdirəcək.

Əsasən Avropa ölkələri, xüsusən Almaniya qaçqın qəbul edir. Şimali Afrika, ərəb ölkələri, xüsusilə Suriya, İraq, Əfqanıstan, Somali qaçqınları Avropanı bürüyüb. Belə vaxtda Venesueladan da qaçqın qəbul etmək ciddi böhrana səbəb ola bilər.

Bu arada rusiyalı siyasi ekspert Vladimir Fitin deyib ki, Türkiyə Venesueladakı böhranın əvvəlindən prezident Nikolas Maduroya dəstək verib.

O, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Venesuelaya hər cür müdaxiləyə qarşı olduqları barədə açıqlamasını şərh edib.

Tayyib Maduroya ile ilgili görsel sonucu

 

Fitin vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Maduroya "Dik dur, qardaşım” deyib:"Türkiyə ABŞ-ın bir çox məsələdə təzyiqinə baxmayaraq, Venesuela ilə bağlı mövqeyindən dönmədi. Türkiyə iqtisadiyyatı daxil, bütün məsələlərdə öz siyasətini tətbiq edir”.

Venesuelaya gəlincə, ölkənin Mərkəzi Bankı və Venesuela Bank Sektorunun İdarəsi İnstitutu özünün ödəniş sistemini inkişaf etdirməyi planlaşdırır.

Məlumata görə, 2020-ci il yanvarın sonuna qədər rəsmi Karakas "Visa”, "Mastercard” və "Maestro” ödəniş sistemləri ilə əməkdaşlığını tam dayandırmaq niyyətindədir. Karakasın yeni ödəniş sistemini məhz ABŞ sanksiyalarından yayınmaq üçün yaradacağı bildirilib.

Emil SALAMOĞLU, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300